Icma.az
close
up
RU
Sudanda hakimiyyət böhranı dərinləşir: Üsyançılar paralel hökumət yaratdı

Sudanda hakimiyyət böhranı dərinləşir: Üsyançılar paralel hökumət yaratdı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sudanda Çevik Reaksiya Qüvvələri"nin (SRQ) rəhbərliyi altında yaradılmış paralel hökumət beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunub. 

Qaynarinfo xəbər verir ki, 2023-cü ildən bəri ölkənin suveren şurasının rəhbəri general Əbdülfəttah əl-Burhana tabe olan nizami ordu ilə silahlı münaqişədə olan SRQ hazırda ölkənin geniş bir ərazisini nəzarətdə saxlayır. Ekspertlərin fikrincə, bu addım SRQ-nin hərbi üstünlüyünü siyasi təsirə çevirmək niyyətindən irəli gəlir və mümkün danışıqlar öncəsi mövqelərini gücləndirməyə xidmət edir.

Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasından sərt reaksiya

30 iyul tarixində Afrika İttifaqı (Aİ) bu addımı "ölkənin birliyi və siyasi prosesinə ciddi təhdid" kimi qiymətləndirib. İttifaqın bəyanatında bildirilir: "Bu akt Sudanı daha da dərin parçalanma riski ilə üz-üzə qoyur".

Təşkilat üzv dövlətlərə və beynəlxalq ictimaiyyətə çağırış edərək, paralel hökuməti tanımamağa və Sudanın parçalanmasına qarşı durmağa səsləyib.

Ərəb Dövlətləri Liqası da SRQ-nin təşəbbüsünü qınayaraq, bunu Sudan konstitusiya sistemindən kənarda alternativ hakimiyyət strukturları qurmaq cəhdi adlandırıb. Bəyanatda bu addımın dövlət institutlarını zəiflətmək, qanun aliliyini silahla əvəzləmək və ölkəni düşmən enclavlara parçalamaq təhlükəsi yaratdığı vurğulanıb. Liqa SRQ-yə atəşkəs rejiminə əməl etməyə və beynəlxalq humanitar hüquq normalarına riayət etməyə  çağırıb.

Yeni hökumətin strukturu: Kimlər rəhbərlik edir?

26 iyul tarixində SRQ-nin rəhbərlik etdiyi "Sudanın əsasını qoymaq üçün alyans" adlı üsyançı qruplaşmalar koalisiyası paralel hökumətin yaradıldığını elan edib. Bu hökumətin məqsədi "yeni, dünyəvi, demokratik, mərkəzsizləşdirilmiş və könüllü birləşmiş Sudan" yaratmaq kimi təqdim edilib. 

Hökumətin ali icra orqanı -  prezident şurasına SRQ lideri Məhəmməd Həmdan Dağalo (təxəllüsü Həmidti) rəhbərlik edir. Keçid dövrü nazirlər kabinetinin sədri isə Məhəmməd ət-Taaşi təyin edilib. Növbəti mərhələdə nazirliklərin yaradılması planlaşdırılır.

Alyans bildirib ki, ölkənin bütün sektorlarını əhatə edən "strateji planlara" malikdirlər.

Rəsmi Xartumun mövqeyi və SRQ-nin hərbi uğurları

Paralel hökumətin yaradılması Sudan hökumətinin başçısı Kamil İdris üçün birbaşa təhdid kimi qiymətləndirilir. O, general əl-Burhan tərəfindən təyin olunub və nizami orduya rəhbərlik edir. Hazırda hökumət yeni təyinatlarla fəaliyyətini davam etdirməyə çalışır, SRQ-nin alternativ struktur yaratması isə bu prosesi gözdən salmaq məqsədi daşıyır.

Sudandakı vətəndaş müharibəsinin son mərhələsi 2023-cü ilin yazında başlayıb. 27 aylıq münaqişə ölkəni faktiki olaraq iki hissəyə bölüb: hökumət qüvvələri mərkəzi, şərq və şimal regionlara, o cümlədən paytaxt Xartuma nəzarət edir. SRQ isə qərbdəki Darfur bölgəsinin böyük hissəsini və cənubun bəzi ərazilərini əlində saxlayır (istisna: Əl-Fəşir şəhəri).

İyul ayında SRQ Sudan, Misir və Liviya sərhədlərinin kəsişdiyi strateji üçbucağı da nəzarətə götürdüyünü açıqlayıb. Mərkəzi hökumətin versiyasına görə, SRQ bu bölgədə Liviyadakı general Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya milli ordusundan ciddi hərbi dəstək alır.

Siyasi perspektiv: Bölünmə yoxsa, mövqe gücləndirmə?

Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Anton Mardasovun sözlərinə görə, paralel hökumətin yaradılması əslində ölkənin bölünməsi deyil, SRQ rəhbəri Həmidtinin siyasi danışıqlarda əlini gücləndirmək məqsədi daşıyır. "Əl-Burhan Xartumu nəzarətə götürdükdən sonra əsas prioriteti dövlət aparatının fəaliyyətini bərpa etmək olub. Həmidti isə Sudanın İspaniya qədər ərazisini idarə edir və yeni logistik struktur qurur", deyə ekspert vurğulayıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 İyul 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri