Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 16 sentyabr, AZƏRTAC
Sudanın Qərbi Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi həlak olub, bir neçə nəfərin isə dağıntıların altında qaldığı ehtimal edilir.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu barədə hadisədən sağ çıxan 2 nəfər “France Press” agentliyinə məlumat verib.
Hadisə Qərbi Kordofan əyalətinin ən-Nuhud şəhəri yaxınlığındakı əz-Zəra qızıl mədənində baş verib. Xilasedicilər 60 nəfərin meyitini dağıntıların altından çıxarıblar.
Sağ qalan mədən işçilərindən Xeyr əs-Seyid Cabbarə bildirib ki, həmkarları ilə birlikdə gecəboyu xilasetmə işlərində iştirak edib.
Sudanda qızıl hasilatı ilə məşğul olan fərdi mədənçilər, əsasən, primitiv quyulardan və tunellərdən istifadə edirlər. Bu isə onları torpaq sürüşməsi və mədən uçqunları ilə bağlı qəzalara daha çox məruz qoyur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 16 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















