Sudandakı vəziyyətin nizamlanması Türkiyənin vasitəçiliyi ilə təklif olunub
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Sudanda toqquşmalar yaşanan Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə münaqişənin aradan qalxması üçün Türkiyənin vasitəçiliyini təklif etmişik, lakin bəzi qüvvələr bunu qəbul etmir.
"Report" xəbər verir ki, bunu Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Port Sudan şəhərindəki iqamətgahında Türkiyədən olan jurnalistlərə açıqlayıb.
Bu müharibəni zərərsiz ötüşdürən sudanlının olmadığını bildirən Al-Burhan ölən və yaralananın çox olduğunu xatırladıb və ölkəyə dəyən maddi ziyanın miqyasının böyük olduğunu qeyd edib.
"ÇDQ-nin sonu gəlmədən sülh olmayacaq. Onların təklifləri problem həll etmək yox, vaxt qazanmaq məqsədi daşıyır" , - Al-Burhan deyib və vurğulayıb ki, ÇDQ-nin təslim və tərk-silah olması da həll yoludur.
Qeyd edək ki, Sudanda 2023-cü ildən davam edən vətəndaş müharibəsi və hakimiyyət mübarizəsində 150 mindən çox insan ölüb. BMT-nin məlumatına görə, 9 milyondan çox insan yaşadığı ərazilərdən köçürülüb, 4 milyon sudanlı isə qonşu ölkələrə sığınıb. Hazırda 21 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi, aclıqla üz-üzə qaldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Yanvar 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















