Icma.az
close
up
RU
Sui istifadənin hallarına qarşı qadağa təklif olunur

Sui istifadənin hallarına qarşı qadağa təklif olunur

Icma.az bildirir, Yenisabah portalına istinadən.

"Kraudfandinq sahəsində maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib".

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib. O, bildirib ki, kraudfandinq sahəsi ilə bağlı dələduzluğun qarşısını almaq üçün platforma operatorlarına xüsusi tələblər müəyyənləşdirilir:

"Platformadan istifadə edərək hansısa bir layihənin maliyyələşməsi üçün təkliflər sürən və layihəsini təqdim edən layihə sahiblərinə dair məhdudiyyətlər müəyyənləşdirilir, investorların müdafiə mexanizmləri qurulur. Maraqların toqquşmasının qarşısını alınması üçün müvafiq bəndlər, maddələr öz əksini tapıb və eyni zamanda Azərbaycan Mərkəzi Bank tərəfindən davamlı şəkildə monitorinqin həyata keçirilməsi qanun layihəsində norma olaraq öz əksini tapıb. Platforma operatoruna münasibətdə biz reyestrdə qeydiyyat tələblərini nəzərdə tuturuq və vətəndaş qüsursuzluğu ilə bağlı konkret müddəalar mövcuddur. Layihə sahibi ilə münasibətdə yoxlanılma, şəffaflıq tələblərini irəli sürürük və maliyyə hesabatlığını tələb olaraq layihə sahibinin üzərinə öhdəlik kimi nəzərdə tutmuşuq".  Pepperoni pizza

E.Məmmədov əlavə edib ki, yalnız səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi əsasları öz həllini tapmalıdır:

"Maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib. Belə ki, operator, onun əməkdaşları və yaxınları həmin operatorun idarə etdiyi platformada layihə sahibi ola bilməzlər. Bunun məhdud iştirak və təşviqat qadağası da layihədə öz həllini tapmış məsələlərdən biridir. Bəs kraudfandinq anlayışında niyə yalnız borc və səhm nəzərdə tutulur, digər qrant və yaxud da hibrid rejimdə niyə layihədə öz həllini tapmayıb? Məsələ hökumətdə dəfələrlə müzakirə olunmuş bir mövzudur. Azərbaycan hökumətinin gəldiyi qənaət ondan ibarətdir ki, yalnız səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi əsasları öz həllini tapmalıdır. Belə ki, qrantlar, "Qrant haqqında" qanun artıq mövcuddur və bu kimi tənzimləmələr bunun kraudfandinq formasında və yaxud da digər formasında asılı olmadan artıq "Qrant haqqında" qanunun tənzimləmə mövzusu olduğundan yenidən həmin mövzuları bura daxil etmə məqsədəuyğun hesab olunmayıb. Məhz səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsi isə bu spesifik qanun bilavasitə investorların hüquqlarının qorunması və kapital bazarlarının alətlərini əhatə etmək məqsədi daşıyır".

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyul 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see468

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see450

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see290

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see271

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see249

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see232

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see209

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see207

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see191

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see186

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see182

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see178

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see173

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see170

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see164

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see157

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see153

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see150

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see150

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri