Icma.az
close
up
RU
Sükan arxasında borc, icarə və 10 saatlıq iş Taksi sürücülərinin sosial həyatı

Sükan arxasında borc, icarə və 10 saatlıq iş Taksi sürücülərinin sosial həyatı

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Sosial Tədqiqatlar Mərkəzinin Bakı və Abşeron ərazisində keçirdiyi sosioloji sorğunun nəticələri taksi sürücülərinin iş rejimi, məşğulluq statusu və sosial vəziyyəti ilə bağlı bir sıra diqqətçəkən məqamları ortaya qoyub. Sorğu nəticələri göstərir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyəti bu sahədə əsas iş kimi çalışır və uzun iş saatları ilə üz-üzədir.

Taksi sürücülərinin böyük əksəriyyəti Bolt ilə əməkdaşlıq edir

Tribunainfo.az xəbər verir ki, taksi sürücülərinin 61.3%-i gündəlik 8 saatdan çox işləyir. Belə ki, respondentlərin 38.7%-i 10 saatdan çox, 22.6%-i isə 8-10 saat arası işlədiyini bildirib. Eyni zamanda, digər 38.7% isə gündəlik 8 saat və ya ondan az müddətdə taksi fəaliyyəti ilə məşğul olur. Bu nəticələr taksi sürücülərinin çoxunun iş qrafikinin olduqca gərgin olduğunu göstərir.

Sorğuda iştirak edənlərin 81.8%-i üçün taksi fəaliyyəti əsas məşğulluq sahəsidir. Bu da onu deməyə əsas verir ki, taksi sürücülərinin böyük əksəriyyəti bu işdən gələn gəlirə əsaslanır. Əlavə gəlir məqsədilə bu sahədə çalışanların payı 17.7% təşkil edir. 0.5% isə bu barədə cavab verməkdən imtina edib.

Əlavə iş kimi taksi fəaliyyəti göstərənlərin 72.5%-i bu işi gündəlik 8 saatdan az vaxt sərf etməklə icra edir. Əsas iş olaraq bu sahədə çalışanların 69.0%-i isə gündəlik 8 saatdan çox vaxtını taksi sürücülüyünə həsr edir. Bu isə onu göstərir ki, taksi fəaliyyəti sürücülərin həyatında yalnız zaman baxımından deyil, həm də iqtisadi baxımdan önəmli yer tutur.

Bununla yanaşı, əsas məşğuliyyət kimi taksi fəaliyyəti ilə məşğul olan hər üç nəfərdən biri – yəni 33.9%-i avtomobilindən icarə əsasında istifadə edir. Bu fakt, taksi sürücülərinin bir hissəsinin öz avtomobilinə sahib olmaması və bu səbəbdən əlavə maliyyə yükü daşıması kimi sosial çətinliklərə işarə edir.

Ən diqqətçəkən məqamlardan biri isə taksi sürücülərinin 70.5%-nin kredit borcunun olmasıdır. Bu göstərici, sürücülərin maliyyə təzyiqi altında çalışdığını və bu sahənin sosial rifah baxımından da həssas qrup olduğunu göstərir.

Ümumilikdə, sorğu nəticələri taksi fəaliyyəti ilə məşğul olanların yalnız xidmət göstərmədiyini, eyni zamanda ağır iş rejimi, avtomobil icarəsi və kredit öhdəlikləri ilə də üzləşdiyini ortaya qoyur. Bu isə tənzimləmə siyasətlərində bu sahədə çalışan şəxslərin sosial və iqtisadi rifahının xüsusi diqqətdə saxlanılmasının vacibliyini gündəmə gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri