Sükan arxasında yuxulayan sürücü “KamAZ”ı aşırdı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kürdəmir rayonu, Ərşəli kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 2-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “KamAZ” markalı yük maşını yoldan çıxaraq qəzaya düşüb. İddialara əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Nəticədə idarəetməni itirən sürücü yük maşınını dərəyə aşırıb. Hadisə zamanı avtomobilə maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb. Qəzadan dərhal sonra yaxınlıqda olan vətəndaşlar köməklik göstəriblər. Belə ki, onlar aşan maşını əvvəlki vəziyyətinə qaytarıblar.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:Qobuda idarəetməni itirən sürücü “KamAZ”ı aşırdı VİDEO
31 Yanvar 2025 13:13
Sükan arxasında yuxulayan sürücü qəza törətdi VİDEO
24 Sentyabr 2026 17:38
Qazaxda “KamAZ” sürücüsü sükan arxasında öldü
08 Noyabr 2026 18:34
Sükan arxasında yuxulayan sürücü qəza törətdi
27 Avqust 2026 10:11
Baxış sayı:201
Bu xəbər 03 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















