Icma.az
close
up
RU
Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi

Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ötən gün "Marriott Absheron" hotelində Çin avtomobil nəhəngi "Great Wall Motor" (GWM) tərəfindən istehsal olunan premium avtomobil brendi WEY-in təqdimatı keçirilib.

Tədbirə media nümayəndələri, avtomobil ekspertləri, influenserlər və texnologiya həvəskarları da daxil olmaqla 200-dən çox qonaq qatılıb.

Təqdimat zamanı WEY brendinin üç əsas modeli nümayiş etdirilib:

Flaqman, iriölçülü krossover - WEY 07 PHEV 4WD;

Texnoloji miniven - WEY 80 PHEV 4WD;

Ortaölçülü premium krossover - WEY 03 PHEV AWD;

Bu modellər ağıllı idarəetmə, təhlükəsizlik və gələcəyin dizaynına yeni baxışı təmsil edir.

GWM-in regional direktoru Kerol Tian çıxışında bildirib:

"Bugünkü tədbir sadəcə yeni avtomobillərin təqdimatı deyil. Bu, ağıllı və dəbdəbəli sürücülüyün yeni mərhələsinin başlanğıcıdır. WEY - yüksək performans, təhlükəsizlik və texnoloji irəliləyiş fəlsəfəsini özündə birləşdirir. Biz premium brendimizi dinamik şəkildə inkişaf edən və innovasiyaları dəyərləndirən Azərbaycan bazarına təqdim etməkdən məmnunuq".

"Azerbaijan Automobiles" QSC-nin baş direktoru Camal Quliyev vurğulayıb:

"WEY brendinin ölkəmizdə satışa çıxması Azərbaycan avtomobil sektorunda əlamətdar hadisədir. Biz fəxrlə təqdim edirik ki, bu avtomobillər həm dizayn, həm də texnologiya baxımından ən yüksək standartlara cavab verir. Müştərilərimiz premium Avropa sinfinə uyğun komfort və təhlükəsizlik səviyyəsini artıq burada əldə edə biləcəklər."

WEY haqqında:

WEY brendi 2016-cı ildə GWM-in qurucusu Cek Veyin şərəfinə yaradılıb.

Bu, adını yaradıcısından alan ilk Çin premium avtomobil brendidir. WEY - ağıllı hibrid texnologiyalar, zərif dizayn və innovativ təhlükəsizlik platforması ilə seçilir.

Rəqibsiz üstünlüklər:

WEY modelləri GWM-in inqilabi HI-4 texnologiyası əsasında yığılır.

H - Hybrid (hibrid), I- Intelligent (ağıllı), 4 - 4WD (dörd təkərdən çəkən) anlayışlarını birləşdirir.

Bu sistem yüksək mühərrik performansı, az enerji sərfiyyatı, maksimum təhlükəsizlik və ağıllı idarəetmə ilə seçilir.

WEY Modellərinin Texniki Göstəriciləri

Parametr

WEY 03

WEY 07

WEY 80

Tip

Orta ölçülü SUV

Böyük ölçülü SUV

Miniven (MPV)

Ötürücü

AWD (avtomatik tam ötürücü)

4WD (tam ötürücü)

4WD (tam ötürücü)

Mühərrik

1.5L turbo + 2 elektrik mühərriki

1.5L turbo + 2 elektrik mühərriki

1.5L turbo + 2 elektrik mühərriki

Hibrid sistemi

PHEV (Plug-in Hybrid)

PHEV

PHEV

Ölçülər (mm)

4685 × 1890 × 1730

5156 × 1980 × 1805

5405 × 1960 × 1890

Oturacaq sayı

5 sərnişin (2 sıra)

6 sərnişin (3 sıra)

6 sərnişin (3 sıra)

Batareya / Güc

27.54 kWh / 383 a.g.

42.50 kWh / 517 a.g.

44.28 kWh / 487 a.g.

Elektrogediş / Ümumi gediş

130 km / 1050 km

201 km / 1140 km

183 km / 935 km

Yanacaq sərfiyyatı (NEDC)

1L / 100 km

0.2L / 100 km

0.2L / 100 km

0-100 km/s sürətlənmə

6 saniyə

4.9 saniyə

5.9 saniyə

Qiymət

54,900 AZN

81,900 AZN

102,000 AZN

Kredit və Lizinq Şərtləri:

Rəsmi diler GWM avtomobillərini sərfəli kredit və lizinq imkanları ilə təklif edir:

Kredit: ilkin ödəniş - 20%, illik faiz - 12%, maksimum müddət - 60 ay Lizinq: ilkin ödəniş - 10%, illik faiz - adaptiv sistem

Zəmanət:

ZƏMANƏT rəsmi distribyutor "Azerbaijan Automobiles" QSC tərəfindən verilir - 8 il və ya 160 000 km (rəsmi yolla alınmış avtomobillər üçün).

Şirkət haqqında:

"Azerbaijan Automobiles" QSC - Azərbaycanda GWM (WEY, Haval, Tank, Poer, Ora), BentleyVolkswagen markalarının rəsmi distribyutorudur.

Əlaqə məlumatları:

Satış mərkəzi: Babək prospekti 282, GWM Avtosalon Telefon: *7999 / +994 55 678 24 24 WhatsApp: +994 55 678 24 24 Sayt: https://gwm.az Avtosalon səhifəsi: https://turbo.az/avtosalonlar/gwm-azerbaijan Test sürüşünə yazıl: https://gwm.az/test-drive/

Sükan dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri