Süleyman Mikayılov qəbuk keçirdi Tapşırıqlar verdi (FOTOLAR)
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
14 noyabr 2025-ci il tarixində, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Sanqaçal qəsəbəsində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər də iştirak ediblər. Görüşdə 50-dən çox sakin müxtəlif məsələlərlə çıxış edərək, problemlərinin həlli üçün rəhbərlikdən dəstək istəyiblər.
Süleyman Mikayılov sakinləri fərdi şəkildə dinləyərək, qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını vermiş və bir çox müraciətlər yerindəcə həll edilib. Başçı, sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyərək, dərhal tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışmışdır.
Qəsəbə sakinləri, hər zaman olduğu kimi, əhalinin sosial rifahının yaxşılaşdırılması və problemlərin sürətli həlli istiqamətində həyata keçirilən tədbirlərdən məmnun olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə etmişlər.
Qəbuldan sonra, Süleyman Mikayılov Sanqaçal qəsəbəsindəki digər problemləri yerindəcə qiymətləndirmiş və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şəxslərə tapşırıqlarını vermişdir. Bu kimi səyyar qəbul və görüşlər, sakinlərlə birbaşa ünsiyyət qurmaq və onların problemlərini sürətlə həll etmək məqsədini güdür, həmçinin yerli idarəetmənin daha da güclənməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 14 Noyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















