Süleymanlı ilk turda yerli şahmatçıya qarşı İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turniri başlayır.
İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı "Challengers" yarışının ilk turunda yerli şahmatçı Bencamin Bokla qarşılaşacaq.
Dairəvi sistemli turnirdə həmçinin Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Ervin L'Ami, Artur Peipers (hər ikisi Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) çıxış edəcək.
Əsas “Tata Steel Chess” turnirində isə iştirakçıların siyahısına amerikalı Fabiano Karuana başçılıq edir. Dünya çempionu Dommaracu Qukeş (Hindistan) də Veyk-an-Zeedə çıxış edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















