Icma.az
close
up
RU
Sülh heç də hamar proses deyil: Paşinyan çıxılmaz vəziyyətdədir

Sülh heç də hamar proses deyil: Paşinyan çıxılmaz vəziyyətdədir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan mediasında, ictimaiyyətində müsbət əhval-ruhiyyə var".

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Keçmiş XİN başçısı Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın sonunda Moskvada səfərdə olduğunu xatırladıb:

"Paşinyan Moskva səfərindən sonra BMT-yə gedərək Baş Assambleyasında çıxış etdi və Azərbaycan əleyhinə tənqidi fikirlər səsləndirdi."Zəngəzur dəhlizi" məsələsi ilə bağlı narazılığını bildirdi. Ermənistan baş naziri AŞPA-da da tənqid ritorikasını davam etdirdi. Son çıxışlarında "Konstitusiyada Azərbaycana ərazi iddiası yoxdur" dedi və s. Danimarkada bu məsələlərə aydınlıq gətirilməsi, dövlət başçılarının görüşü çox vacib idi. Mən o fikirdən uzağam ki, sadəcə görüşün foto və videokadrlarına əsaslanaraq, hansısa nəticələrə gələk”.

Müsahibimiz bir məqamı qeyd edir ki, Zəngəzur dəhlizinin "Tramp yolu" adlanan hissəsi Ermənistan ərazisindədir. Naxçıvanda isə 158 km. sovetlərdən qalan və ciddi təmirə ehtiyacı olan yollar var:

“Bəzi məlumatlara görə, Avropa İttifaqı bu bölgədə olan yolların bərpasına maliyyə ayıracaq. İstisna etmirəm ki, Kopenhagendə buna aid hansısa müzakirələr baş verib. O cümlədən Fransa və İtaliya rəhbərliyi ilə görüşlərdə də bu müzakirə oluna bilər. Əslində, bu məntiqlidir".

Tofiq  Zülfüqarov: Baş nazir siyasi məsuliyyətini dərk etmək və iradə sərgiləmək sınağı ilə üz-üzədir

T.Zülfüqarov əlavə edib ki, kənardan çox ciddi oyunçular öz mövqelərini ortaya qoyurlar:

"Ancaq bunlar hələ müzakirə mövzularıdır. Ermənistan hökumətinin və Nikol Paşinyanın vəziyyəti çox mürəkkəbdir. Rusiyanın və İranın Zəngəzur dəhlizi ilə bağlı təzyiqləri var. Avropa İttifaqının isə öz yanaşması mövcuddur”.

Paşinyanın çıxılmaz vəziyyətdə oliduğunu deyən Zülfüqarovun sözlərinə görə, Baş nazir siyasi məsuliyyətini dərk etmək və iradə sərgiləmək sınağı ilə üz-üzədir. Sülh heç də hamar proses deyil. Onun sözlərinə görə, burada çətinliklər var və olacaq. Əslində mürəkkəb vəziyyəti Paşinyan özü yaradıb:

“Rusiya sərhədçiləri hələ də Ermənistan sərhədlərini qoruyur. Paşinyanın dövründə Avropa İttifaqının missiyası sərhədlərə gətirilib. İndi də ABŞ-nin yüz il ərzində "Tramp yolu"nun təhlükəsizliyinə nəzarət edəcəyi vurğulanır. Yəni Paşinyan bir-biri ilə ziddiyyət yaşayan nə qədər güc, ölkə varsa, hamısını Ermənistana toplayıb. İranı da yaddan çıxarmayıb. Ümid edək ki, Paşinyan siyasi iradəsini sərgiləyəcək".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri