Icma.az
close
up
RU
“SÜLH İMPULSU TÜKƏNDİ” Moskva Putin Tramp görüşünün fiaskosunu təsdiq edir

“SÜLH İMPULSU TÜKƏNDİ” Moskva Putin Tramp görüşünün fiaskosunu təsdiq edir

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ və Rusiya Prezidentləri arasında avqustda Alyaskada keçirilmiş görüşdən sonra Ukrayna müharibəsinin başa çatdırılması üçün yaranmış “güclü impuls” demək olar ki, tükənib".

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov oktyabrın 8-də Moskvada açıqlama verib.

“AzPolitika” xəbər verir ki, Ryabkov bu vəziyyətə görə əsasən “Ukraynanın son nəfərinə qədər savaş tərəfdarlarını” – ilk növbədə Avropa ölkələrini günahlandırıb.

S.Ryabkov ABŞ rəhbərliyini birbaşa tənqid etməkdən çəkinib. Lakin o, Donald Tramp administrasiyasını “Tomahavk” qanadlı raketlərinin Ukraynaya mümkün tədarükünə realist və düşünülmüş şəkildə yanaşmağa çağırıb. “Bu raketlərin verilməsi müharibənin gedişatını dəyişməsə də, regionda vəziyyətin keyfiyyətcə dəyişməsinə səbəb olacaq”, – deyə Rusiya diplomatı bildirib.

Xatırladaq ki, Tramp və Putin arasında görüş 15 avqustda Alyaskada baş tutub. Görüşdən sonra Tramp Ukrayna Prezidenti və Avropa liderləri ilə də ayrıca danışıqlar apararaq, mümkün sülh parametrlərini müzakirə edib.

Media mənbələrinə görə, Rusiya bu müzakirələrdə əsas şərt kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını tələb edib. Lakin Kiyev bu təklifi qətiyyətlə rədd edib.

Hazırda Rusiya tərəfi sülh üçün aşağıdakı əsas tələblərində israrlıdır:

- Ukrayna Silahlı Qüvvələrinin dörd vilayətdən (Donetsk, Luqansk, Xerson və Zaporojye) tamamilə çıxarılması;

- Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi;

- Ukrayna ordusunun say və imkan baxımından azaldılması;

- Rusiyayönlü siyasi qüvvələrin fəaliyyəti və rus dilindən istifadəyə hüquqi təminatların verilməsi.

Buna cavab olaraq, Kiyev hazırda cəbhə xətti üzrə atəşkəsə şərtsiz razı olduğunu bildirir, lakin ərazi güzəştlərinə getmək niyyətində olmadığını bəyan edir.

ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Ukraynanın öz torpaqlarını geri qaytarmaq imkanları var və ABŞ buna dəstək göstərə bilər. O, “Tomahavk” raketlərinin tədarükü barədə demək olar ki, qərar verdiyini, lakin bəzi açıq sualların hələ də olduğunu bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, ABŞ-nin məqsədi Rusiyanın məğlubiyyəti deyil, sülhün əldə olunmasıdır.

S.Ryabkov əlavə edib ki, Rusiya Strateji Hücum Silahlarının azaldılmasına dair Müqavilənin (SNV-3) müddətinin uzadılmasını gündəmə gətirmir. Lakin Prezident Vladimir Putinin bu müqavilənin 2027-ci ilə qədər bir illik texniki uzadılması təklifinin qüvvədə qaldığını bildirib. “Təəssüf ki, bu təklifə ABŞ-dən hələ də heç bir məzmunlu cavab verilməyib. Əgər bu maraqlı deyilsə, biz onsuz da davam edə bilərik,” – deyə Ryabkov qeyd edib.

Vaşinqton və Avropa İttifaqı hazırda Rusiyaya qarşı təzyiqləri daha da artırmaq niyyətindədir. ABŞ rəsmiləri Avropa ölkələrini: 

- Rusiya enerji resurslarının alışından tam imtinaya,

- Rusiya dövlət aktivlərinin müsadirəsinə,

- Yeni sanksiyalar dalğasına qoşulmağa çağırır.

Moskva bildirir ki, Rusiya və Ukrayna liderlərinin görüşü yalnız artıq əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi üçün keçirilə bilər, substantiv danışıqlar üçün yox.

Hazırda döyüşlər davam edir. Rusiya Ukrayna ərazisinə intensiv zərbələr endirir, Kiyev isə Rusiyanın sərhəd regionlarını atəşə tutur.

Beləliklə, Alyaska görüşü və ondan sonra baş verən diplomatik təmaslar müharibənin diplomatik yolla sonlandırılması üçün müəyyən ümid yaratmışdı. Lakin Qərbin sərt mövqeyi, Kiyevin ərazi bütövlüyü məsələsində güzəştsiz davranışı və Moskvanın tələblərindən geri çəkilməməsi nəticəsində bu “sülh impulsu”, Ryabkovun sözləri ilə desək, “əldə olunmamış imkan” olaraq tarixə düşmək üzrədir.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri