Icma.az
close
up
RU
Sülh müqaviləsi bu halda ABŞ üçün maraqlı ola bilər Paul Goble

Sülh müqaviləsi bu halda ABŞ üçün maraqlı ola bilər Paul Goble

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ hər zaman Azərbaycanla maraqlanıb. Bunun əsas səbəbləri Xəzər hövzəsindən neft və qazın əsas mənbə və tranzit marşrutu kimi rolu, həmçinin İranla sərhəddə və İranla Rusiya arasında yerləşməsidir”.

Bunu Metbuat.az-a açıqlamasında ABŞ dövlət katibinin keçmiş müşaviri, tanınmış politoloq Paul Goble deyib.

O bildirib ki, bu marağın konkret təzahür formaları isə həm beynəlxalq mühitdə, həm də ABŞ-nin özündə baş verən dəyişikliklərə uyğun olaraq zamanla dəyişib:

“ABŞ-nin diqqəti bəzi dövrlərdə bir məsələyə, digər dövrlərdə isə insan haqları və demokratikləşmə kimi məsələlərə daha çox yönəlib. Hazırda Vaşinqton üçün Azərbaycanın neft-qaz potensialı və strateji coğrafi mövqeyi insan haqları və demokratikləşmə məsələlərindən daha önəmlidir. Son dəyişikliklərin əsas səbəbi də məhz budur.

Azərbaycan əvvəllər olduğu kimi, bu gün də Xəzər hövzəsinin zəngin neft və qaz ehtiyatlarını Qərbə çatdıran əsas nəqliyyat marşrutlarından biridir. Eyni zamanda, ölkə İran və Rusiyanın bu enerji axınlarını pozmaq potensialına qarşı regional balansda mühüm rol oynayır”.

44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərini işğaldan azad etməklə bərabər, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyini də dəfələrlə ifadə edib. ABŞ-nin tərəflər arasında sülh müqaviləsinin imzalanmasında maraqları barədə suala cavab verən siyasətçi qeyd edib ki, bu, müqavilənin nəyi ehtiva etməsindən asılıdır:

“Əgər bu razılaşma Azərbaycan üçün Zəngəzurdan Naxçıvana və oradan Qərbə insan və yük daşımalarını asanlaşdıracaqsa, bu zaman ABŞ-nin Bakıya marağı və dəstəyi ciddi şəkildə artacaq. Əgər bu mümkün olmasa, dəstək də artmayacaq. Hər şey həmin sülh müqaviləsinin konkret məzmunundan asılıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri