Icma.az
close
up
RU
Sülh müqaviləsindən sonrakı mərhələ: Unutmamalıyıq, amma... TƏKLİF

Sülh müqaviləsindən sonrakı mərhələ: Unutmamalıyıq, amma... TƏKLİF

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Onilliklər boyu Azərbaycan və Ermənistan xalqları arasında davam edən münaqişə təkcə siyasi münasibətləri deyil, insanların bir-birinə baxışını da kökündən dəyişdi. Bir çoxları düşünür ki, sülh razılaşması əldə olunarsa, təkcə dövlətlər arasında imzalanan sənədlər deyil, həm də insanların qəlbində və düşüncəsində dəyişikliklər olmalıdır.

Bəs illərlə davam edən nifrəti, şübhəni və qorxunu necə aradan qaldırmaq olar?

Mövzu ilə bağlı Ölkə.az-a danışan konfliktoloq Üzeyir Şəfiyev bildiirb ki, tarixən belə təcrübələr çox olub, müxtəlif dövlətlər müharibələrdə olub: "Ancaq müharibə bitdikdən sonra, hətta sülh müqaviləsi bağlanmasa belə, onlar əməkdaşlıqda maraqlı olub. Bunu biz günümüzdə də, Rusiya-Almaniya münasibətlərində görə bilərik. Müxtəlif dövlətlər arasında belə bir nümunələr var. 

Ermənistan və Azərbaycan arasında uzun illər müharibə aparılıb. Bu müharibə həm də geosiyasi maraq güdən dövlətlərin məhz bu bölgədə öz maraqlarını realizə etmək üçün hazırladıqları münaqişə olub. Yəni bu münaqişəyə təkcə Azərbaycan-Ermənistan münaqişəsi kimi baxa bilmərik. Necə ki, ölkə başçımız vurğulayırdı ki, Ermənistan-Azərbaycan münaqişəsində Ermənistandan öndə duran dövlətlər də var. Hansı ki, geosiyasi məqsəd güdən dövlətlərdir".

Ü.Şəfiyev qeyd edib ki, hər iki dövlət arasında çoxlu itkilər olub?

"Şübhəsiz ki, birdən-birə bu yaralar sağalası deyil və əslində bizim xalqımız hər nə qədər sülh müqaviləsi imzalansa da, Ermənistanın etdiklərini unutmamalıdır. Ermənistanın Azərbaycan xalqına qarşı, dövlətinə, ərazi bütövlüyünə və suverenliyinə etdiyini unuda bilməz. Unutmamalıdır da. Ancaq biz qonşu dövlətlərik və qonşunu da dəyişmək mümkün deyil. Belə olan halda, şübhəsiz ki, biz addım-addım çalışmalıyıq ki, konfliktlik münasibətləri əməkdaşlıq münasibətlərinə transfer edək.

Sülh müqaviləsində də bu, öz əksini tapıb ki, dövlətlərarası münasibətlər tədricən bərpa olunmalıdır. Xatırlayırsınızsa, müharibənin hələ eskalasiya mərhələsində olan dövrdə çalışırdılar ki, xalq diplomatiyasının imkanlarından istifadə olunsun. Ancaq müharibə bitməmişdi, xalq diplomatiyasının imkanları həmin vaxt töhfə verə bilməzdi. Lakin müharibə bitib və sülh müqaviləsi bağlanandan sonra şübhəsiz ki, xalq diplomatiyasının imkanlarından istifadə edilə bilər.

Müxtəlif sahə adamlarının dialoqu, birgə tədbirlər, idman yarışları və yaxud da ki, incəsənət, ədəbiyyat sahəsində müxtəlif əməkdaşlıqlar, əlaqələr qurula bilər. Bax, bu cür müxtəlif platformalarda biz qonşu dövlətlər kimi münasibətlərimizi normallaşdırmağa çalışa bilərik. Şübhəsiz ki, çətin, uzun prosesdir. Ancaq hər şeyin zamana ehtiyacı var".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Avqust 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri