Sülh müqaviləsinin paraflanmasını alqışlayırıq AŞPA sədri
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib.
Turkustan.az bildirir ki, bu barədə “Report”un Avropa bürosu onun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
“Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”, – Russopulos yazıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.
I warmly welcome the peace agreement signed in Washington between Armenia & Azerbaijan, under the auspices of the US. PACE has always promoted parliamentary diplomacy in this conflict, stands ready to accompany stages of consolidation of this agreement & strengthen mutual trust pic.twitter.com/v0Fi8be7Hb
— Theodoros Rousopoulos (@PACE_President) August 9, 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















