Icma.az
close
up
RU
Sülh olmayan regionlarda inkişaf uzunmüddətli dayanır DEPUTAT DANIŞDI

Sülh olmayan regionlarda inkişaf uzunmüddətli dayanır DEPUTAT DANIŞDI

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"Regional münaqişələr ölkələrə hər zaman ciddi mənfi təsir göstərir. Bəzən bu münaqişələrdə birbaşa iştirak etməyən dövlətlər belə, yalnız həmin regionda yerləşdiyinə görə ağır nəticələrlə üzləşir".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, bunun ən bariz nümunələrindən biri Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəllərindən başlatdığı münaqişədir: "Bu müharibə təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə region üçün ağır nəticələr doğurdu. Regional inkişaf ləngidi, əməkdaşlıq zəiflədi, nəqliyyat-kommunikasiya xətləri bağlandı və iqtisadi itkilər yarandı.Münaqişə nəticəsində Ermənistan uzun illər təcrid vəziyyətində qaldı və yalnız onilliklər sonra anlamağa başladı ki, sülh və əməkdaşlıq iqtisadi inkişaf üçün daha əlverişlidir. Bu gün regionda münasibətlərin normallaşması istiqamətində atılan addımlar, kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin bərpası bunun nə qədər vacib olduğunu bir daha göstərir.Eyni tendensiyanı digər regionlarda da müşahidə edirik. Məsələn, Hörmüz boğazı ətrafında baş verən gərginliklər təkcə münaqişə tərəflərinə deyil, bütün dünya iqtisadiyyatına təsir edir. Bu strateji marşrutun bağlanması ehtimalı neft qiymətlərinin artmasına, yük daşımalarının çətinləşməsinə, ərzaq təhlükəsizliyinə və turizm sektoruna ciddi zərbə vurur.Bu cür gərginliklər xüsusilə Dubay, Əbu-Dabi, Doha kimi regionun iqtisadi və turizm mərkəzlərinə də mənfi təsir göstərir. Hətta münaqişənin birbaşa iştirakçısı olmayan ölkələr belə, hərbi risklər və təhlükəsizlik narahatlıqları səbəbilə zərər görür.Məsələn, Səudiyyə Ərəbistanı uzun illərdir iqtisadiyyatını şaxələndirmək və neftdən asılılığı azaltmaq üçün “Vision 2030” proqramı çərçivəsində turizmi inkişaf etdirməyə çalışır. Eyni şəkildə Birləşmiş Ərəb Əmirlikləri xüsusilə daşınmaz əmlak və turizm sahəsində böyük uğurlar əldə etmişdi. Lakin regional gərginliklər bu sahələrdə investisiya mühitini zəiflədir, investorların marağını azaldır və iqtisadi itkilərə səbəb olur.Bu nümunələr göstərir ki, regional münaqişələr yalnız müharibə aparan tərəflərə deyil, bütün regiona və hətta qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu təsirlər enerji bazarından tutmuş logistika, turizm və ərzaq təhlükəsizliyinə qədər geniş sahələri əhatə edir.Biz bu acı nəticələri həm öz tariximizdə, həm də bu gün dünyada baş verən hadisələrdə aydın şəkildə görürük. Buna görə də sülh, sabitlik və regional əməkdaşlıq hər bir ölkə üçün əsas prioritet olmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri