Sülh planı iclasında gərginlik: Umerov qələmini qırdı FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ-la Ukrayna arasında Cenevrədə davam edən sülh danışıqları zamanı gərginlik artıb.
Globalinfo.az xəbər verir ki, sülh planının müzakirə olunduğu iclasda Ukrayna müdafiə naziri Rüstəm Umerov gərginlikdən əlindəki qələmi sındırıb.
KİV yazır ki, ABŞ Prezidenti Donald Tramp “Rusiyanın istək siyahısı” kimi təsvir edilən planı Ukraynaya qəbul etdirmək üçün təzyiqi artırıb. Trampın təqdim etdiyi 28 maddədən ibarət sülh planı Ukraynanın təhlükəsizlik və suverenlik narahatlıqlarını artıraraq iclası gərginləşdirib.
“Trampın sülh planı Kiyev hökumətində böyük narahatlıq yaradıb. Plana görə, Ukrayna müharibə boyunca 1,5 milyon əsgərini itirməsinə baxmayaraq, müdafiə etdiyi bəzi torpaqları Rusiyaya verməli olacaq. Bundan əlavə, ordusunun gücünü yarıya endirməsi və Qərb tərəfindən təmin olunan bir çox raket sistemlərini silah anbarından çıxarması nəzərdə tutulur”, – Türkiyənin “Sözçü” qəzeti yazıb.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















