Sülh planı sızdı: Rusiya, ABŞ və Ukrayna Əbu Dabidə görüşəcək
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ABŞ-ın təklif etdiyi yeni sülh planını müzakirə etmək üçün gələn ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna və ABŞ-la üçtərəfli danışıqlar aparmağa razılıq verib.
Turkustan.az xəbər verir ki, planın Şərqi Ukraynadakı Donbas bölgəsinin demilitarizasiyasını və Kiyevin NATO üzvlüyündən imtina etməsini nəzərdə tutduğu bildirilir.
Kremlin sözçüsü Dmitri Peskov Moskvanın danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, üçtərəfli görüşlərin noyabrın birinci yarısında keçirilməsi planlaşdırılır.
Hazırda danışıqların Rusiya, ABŞ və Ukraynadan olan yüksək səviyyəli texniki nümayəndə heyətlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Bununla belə, son anda formatın dəyişdirilməsi və Avropa ölkələrinin də danışıqlara dəvət olunması istisna edilmir.
Gözləntilərə görə, Əbu-Dabidəki görüşlərdə yalnız Ukrayna münaqişəsinin həlli deyil, həm də müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturası müzakirə oluna bilər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə beşinci ilinə yaxınlaşır. ABŞ-ın yeni sülh planının detalları ilə bağlı yayılan məlumatlar isə tərəflərin mümkün razılaşmasının şərtləri ətrafında müzakirələri gücləndirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 24 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















