“Sülh planını bəyənməyən yeganə şəxs Zelenskidir”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Vaşinqtonun müharibəyə son qoymaq planını bəyənməyən yeganə şəxs Volodimir Zelenskidir”.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu iddianı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
O, Vaşinqtonun həm Moskva, həm də Kiyevlə razılaşmalara yaxın olduğunu deyib: “Düşünürdüm ki, Rusiya, Ukrayna ilə razılaşmaya çox yaxınıq. Əslində, prezident Zelenski istisna olmaqla, onun komandası bu razılaşmanın konsepsiyasından çox məmnun idi”.
Dövlət başçısı təklif etdikləri planın ərazilərin bölünməsini nəzərdə tutduğunu və bunun danışıqları çətinləşdirdiyini qeyd edib.
Tramp diplomatik səyləri öz biznes təcrübəsi ilə müqayisə edərək vurğulayıb ki, Ukraynada müharibəyə son qoymaq daşınmaz əmlak üzrə sövdələşmə əldə etməkdən “min dəfə daha çətindir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 12 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















