Icma.az
close
up
RU
Sülh prosesi artıq de fakto reallaşıb MÖVQE

Sülh prosesi artıq de fakto reallaşıb MÖVQE

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünən yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə bir daha toxunması göstərir ki, 8 avqustda Vaşinqtonda əldə olunmuş nəticələr sülhün de-fakto reallaşdığını təsdiqləyir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, ardınca hər iki ölkə tərəfindən atılan mühüm addımlar Azərbaycanla Ermənistan arasında sülh quruculuğu və qarşılıqlı etimadın formalaşması baxımından olduqca önəmlidir: "Burada söhbət hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri arasında qarşılıqlı səfərlərdən, Azərbaycan neftinin Ermənistana satışından, həmçinin Qazaxıstan və Rusiya buğdalarının tranzit olaraq Azərbaycan ərazisindən Ermənistana çatdırılmasından gedir. Eyni zamanda, baş nazirlərin müavinləri səviyyəsində fəaliyyət göstərən sərhəd delimitasiya komissiyalarının artıq hər iki ölkənin ərazisində görüşlər keçirməsi-ilk görüşün Azərbaycanın Qəbələ şəhərində baş tutması və növbəti görüşün Ermənistanın digər şəhərində keçirilməsinin razılaşdırılması-prosesin real şəkildə irəlilədiyini göstərir.

Bununla belə, sülh prosesinin tam başa çatması üçün çox güman ki, bu ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri və ondan sonra formalaşacaq siyasi vəziyyət həlledici olacaq. Hazırkı mərhələdə seçkilərin gərgin keçəcəyi ehtimalı olsa da, Nikol Paşinyanın qalib gəlmək şansı daha yüksək qiymətləndirilir. Əgər bu baş verərsə, ilin ikinci yarısında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi ola bilərik.

Əks təqdirdə, yəni Ermənistanda siyasi gərginlik artarsa və ya seçkilərin nəticəsi Nikol Paşinyanın hakimiyyətdə qalmasına imkan verməzsə, bu halda sənədin imzalanması təxirə düşə, hətta regionda yenidən münaqişə ocaqları yarana bilər. Bu isə Cənubi Qafqazda sabitlikdən maraqlı olmayan qüvvələrin aktivləşməsinə səbəb ola bilər.

Buna baxmayaraq, ümid var ki, ilin ikinci yarısında artıq de-fakto mövcud olan sülh rəsmi şəkildə təsbit olunacaq. Hər halda ehtimallar açıq qalır, çünki Ermənistan bu gün həm Rusiya, həm də Qərb arasında bir siyasi poliqona çevrilmiş vəziyyətdədir və hər iki tərəf bu yay keçiriləcək seçkilərə öz maraqları çərçivəsində hazırlaşır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri