Icma.az
close
up
RU
Sülh qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür

Sülh qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlumdur ki, Ölkəmiz Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Qeyd edək ki, Qazaxıstandan Ermənistana göndərilən taxıl yükü isə ilk tranzit olub. Bu, Azərbaycan-Ermənistan arasında sülhün artıq real nəticəsidir, danışıqlardan, kağız üzərində razılaşmalardan real addımlara keçidin bir nümunəsidir.

Məlum olduğu kimi, Ölkəmiz bütün dövrlərdə sülhpərvər siyasət yürüdüb və tranzit yükün ölkəmizdən Ermənistana buraxılması da bunu bir daha sübut edir. Xüsusilə qeyd etmək lazımdır ki, Ölkəmiz sülh daşıyıcısı, bütün dövlətlərlə əməkdaşlıq etməyə üstünlük verən dünyəvi bir dövlətdir. Bunu dünyanın aparıcı dövlətlərinin rəhbərləri, tanınmış dünya siyasətçiləri dəfələrlə nüfuzlu tribunalardan səsləndiriblər. Yüklərin Ermənistana tranzit keçidinə məhdudiyyətlərin aradan qaldırılması bir daha sübut edir ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir.

Onu da qyd etmək lazımdır ki, məhz Prezident İlham Əliyevin  düzgün siyasətinin, Vaşinqtonda əldə olunan razılaşmaların nəticəsidir ki, hələ rəsmi sülh sazişi imzalanmamış Azərbaycan ərazisindən Ermənistana tranzit keçidə şərait yaradılır. Bu, sülhün ilkin iqtisadi dividendidir ki, bunu da Ermənistan tərəfi gördü, burada da ilk addım dövlətimiz tərəfindən atıldı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən kənarda qaldığını xatırladan şöbə müdiri deyib ki, bu ölkənin xaricə yeganə çıxış yolu Gürcüstan idi ki, həmin istiqamətdə də aylarla problemlər yaşayırdı. Bu gün isə artıq daha rahat və səmərəli şəkildə yük qəbul edə bilirlər. Hər zaman olduğu kimi, yenə Ölkəmiz ilk olaraq məhdudiyyətləri aradan qaldırır, Ermənistana inkişaf üçün ölkəmizin infrastrukturlarından istifadə şəraiti yaradır. 

Yeri gəlmişkən, Ölkəmizdən keçməklə Ermənistana gedən ilk yükün taxıl olması da özü bir rəmzi əlamət daşıyır. Xalqımız hər zaman qonaqpərvərliyi ilə seçilən, çörəkverən, qonşusunun, imkansızın halına acıyan, müqəddəs dəyərlərə hörmətlə yanaşan xalqdır. Əslində, ilk yükün taxıl olması da bütün bunları bir daha vurğulayır və qarşı tərəfi də sülhə, dostluğa səsləyir. 

Qeyd edək ki, müasir iqtisadi tərəqqinin əsas trendlərindən biri də əlverişli nəqliyyat-tranzit imkanlarıdır. Yəni hansı ölkənin beynəlxalq bazarlara asan çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyanı intensivləşdirir və beynəlxalq arenada üstünlük qazanırlar.

Ən əsası, ermənistan artıq anlayır ki, sülh kənar diktə ilə, məcburi razılaşmalarla deyil, qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür. Qlobal məkana çıxmaq, beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində təmsil olunmaq üçün sülh ermənistana daha çox lazımdır. 

Aqif HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri