Sülh razılaşması üçün Tehrana 12 milyard təklif edilib?
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qətər hökuməti ABŞ ilə İran arasında mümkün sülh razılaşması üçün Tehrana 12 milyard dollar təklif edildiyi barədə yayılan iddiaları rəsmən təkzib edib.
“Qafqazinfo”nun xəbərinə görə, iddialarda bildirilirdi ki, Doha administrasiyası Vaşinqton və Tehran arasında yekun razılaşma əldə olunacağı təqdirdə, İrana maliyyə dəstəyi verməyə hazırdır.
Lakin Qətər tərəfi bu məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlamasında sözügedən xəbərləri “əsassız” adlandırıb.
Onun sözlərinə görə, bu məlumatlar diplomatik səylərə zərbə vurmaq istəyən dairələr tərəfindən yayılır.
Ənsari bildirib ki, Qətər regional tərəfdaşlarla koordinasiyalı şəkildə diplomatik fəaliyyətini davam etdirir və yayılan iddialar ölkənin beynəlxalq vasitəçi imicinə xələl gətirmək məqsədi daşıyır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İranla mümkün razılaşmanın yaxın olduğunu açıqlayıb. O bildirib ki, tərəflər hazırda razılaşmanın son detalları üzərində danışıqları davam etdirirlər.
Baxış sayı:183
Bu xəbər 26 May 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















