Icma.az
close
up
RU
Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz ŞƏRH

Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın tələbləri qarşısında Paşinyanın vaxt itirməyə haqqı yoxdur


Paşinyan revanşistləri və casus şəbəkəsini Azərbaycana təhvil verməlidir


Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişi həm də regional və beynəlxalq hüququn təmin olunmasıdır. Sənədin mahiyyəti və strukturu bir daha göstərir ki, rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ədalətli sülhə nail olmaqda israrlıdır. Saziş tərəflərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət prinsipi üzərində qurulub. I və II maddələrdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından rəsmi şəkildə imtina etməsi regionda sülh üçün zəmanət yaradır. Sənədin başqa bir mühüm tərəfi dövlətlərarası münasibətlərin qurulması üçün strukturlaşdırılmış hüquqi çərçivə təklif etməsidir.

Maddə 5-də diplomatik münasibətlərin qurulması öhdəliyi, Azərbaycan diplomatiyasının əsas məqsədlərindən biri olan münasibətlərin institusional əsasda tənzimlənməsi istiqamətində mühüm addımdır. Sazişdə yer alan sərhədin delimitasiya və demarkasiyası məsələsi də diqqət çəkir. Maddə 6 bu prosesi beynəlxalq hüququn alətləri çərçivəsində davam etdirməyi, danışıqların vicdanla aparılmasını tələb edir. Bu, Azərbaycanın hər zaman müdafiə etdiyi "xəritələrlə və hüquqi sənədlərlə işləmək" prinsipinin sənədləşmiş formasıdır. Ermənistanın qarşılıqlı sərhədlərdə üçüncü qüvvələri yerləşdirməyəcəyi öhdəliyi də regionda təhlükəsizlik balansının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Bu, Azərbaycanın bölgədə sabitlik üçün tələb etdiyi əsas şərtlərdən biri idi. Sənədin icrasına nəzarət imkanı verən ikitərəfli komissiyanın yaradılması gələcəkdə mümkün təxribatların qarşısının hüquqi və diplomatik yollarla alınmasına zəmanət yaradır. 


Millət vəkili Elman Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, paraflanmış sülh sazişinin mətni kifayət qədər mükəmməldir. Deputatın sözlərinə görə, ictimaiyyətə təqdim olunan mətndən görünür ki, bunun üzərində xeyli zaman sərf olunub, ciddi iş gedib: 

"Bizi qane edən məqam odur ki, Azərbaycan tərəfi danışıqlardan çox əvvəl, hələ 2020-ci ilin üçtərəfli bəyannaməsi imzalanarkən və ondan sonrakı dönəmdə hansı şərtlərlə çıxış edibsə, qarşıya nə hədəf qoyubsa, hamısı sülh mətnində əks olunub. Bəzən sülh sazişi mətninin bir sıra bəndləri, məsələn, 15-ci maddəsinin şərhində müəyyən yanlışlıqlara yol verilir. Erməni mediası bunu başqa cür yozur. Hazırda Bakıda separatçıların məhkəməsi gedir və onlar konkret əməllərə görə cinayət məsuliyyəti daşıyırlar, mühakimə olunurlar. Azərbaycanda heç bir hərbi əsir yoxdur. Paraflanmış sülh sazişinin mətnində separatçılarla bağlı heç nə yoxdur və ola da bilməz. Azərbaycan bu məsələdə hansısa kompromisə getmək niyyətində deyil. Dövlətimizə və xalqımıza qarşı cinayətlər törətmiş şəxslər mütləq öz cəzalarını alacaqlar. Bunu Ermənistan tərəfi də gözəl bilir. Yekun sülhün imzalanması üçün yeganə problem, maneə hazırkı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Bu məsələ Birgə Bəyanatda da, sülh sazişində də öz əksini tapıb. Artıq İrəvan üçün geri çəkilmə yeri yoxdur. Ermənistan hökuməti öz konstitusiyasında mütləq mənada dəyişiklik etməlidir. Cənab Prezident hələ Vaşinqton müsahibəsində vurğuladı ki, İrəvan hökuməti vaxt itirmədən bu məsələni həll etməlidir. Paşinyan fərqindədir ki, bu öhdəliyi rəsmi Bakı ilə yanaşı, həm də ABŞ və onun Prezidenti D.Tramp qarşısında götürüb. Öhdəliklərə tezliklə əməl olunmazsa, bu, Trampa qarşı etimadsızlıq olacaq". 


Parlament üzvü əlavə edib ki, sülh imzalanana kimi Rusiyanın təxribatları da baş verə bilər: 

"Hər şey ola bilər. Rusiya və İrandakı hakim rejimlər məkirli siyasət yeridirlər və haqsız mövqedən çıxış edirlər. Onlardan nə desəniz gözləmək olar. Ona görə Paşinyan həm mümkün qədər diqqətli olmalıdır, həm də tərəddüdə yer vermədən Bakının şərtlərinə əməl etməlidir. Aylar öncə Paşinyana müraciət etmişdim ki, əgər baş nazir 2026-cı ildə keçiriləcək seçkidə qalib olmaq istəyirsə, Ermənistanın təhlükəsizliyini, sülhün bərqərar olmasını arzulayırsa, başda R.Köçəryan və S.Sərkisyan olmaqla revanşistləri, Kilsə rəhbərliyini, Rusiyanın casus şəbəkəsini Azərbaycan təhvil verməlidir. Onsuz da həmin cinayətkarları Azərbaycan beynəlxalq interpol vasitəsilə axtarışa verib, barələrində cinayət işi açılıb. Əgər Paşinyan onları həbs edib bizə versə, baş nazir üçün heç bir problem qalmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri