Sülh sazişindən bu bənd çıxarıldı Qriqoryan
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın müxalif deputatları Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəzi detalları ilə tanış olub.
Axar.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan deyib.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrında erməni deputatlar müqavilə layihəsi ilə tanış olmaq üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər.
Qriqoryan bu gün keçirilən brifinqdə qeyd edib ki, keçən ilin sülh sazişi variantında ermənilərin Qarabağa qaytarılması ilə bağlı bir bənd var idi. Lakin bu məsələ gündəmdən çıxarılıb.
Qriqoryan bildirib ki, keçən ilin müqavilə mətni variantında azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı məsələ formulə edilməmişdi:
“Lakin nəzərə almaq lazımdır ki, bu müddət ərzində müqavilə layihəsi dəfələrlə redaktə edilib və dəyişdirilib. Bunun bariz nümunəsi keçən ilin variantında olan kommunikasiyaların açılması məsələsidir. Bu məsələ sonradan müqavilədən çıxarılıb və əlavə müzakirəyə saxlanılıb”.
Deputatın fikrincə, eyni uğurla müqaviləyə azərbaycanlıların Ermənistana qaytarılması məsələsi də əlavə edilə bilər.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:65
Baxış sayı:65 Bu xəbər 06 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 06 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















