“Sülh Şurası”na üzvlük: Yeni dünya nizamında Azərbaycan
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müasir dünyada münaqişələrin artması fonunda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” qlobal təhlükəsizliyin təminatında yeni mərhələnin əsasını qoya bilər.
Bu baxımdan, BMT-yə alternativ qurum kimi qiymətləndirilən “Sülh Şurası” yeni dünya düzəninin formalaşmasında mühüm addım hesab edilir. Azərbaycanın bu qurumun üzv qəbul olunması qeyd edilən kontekstdə mühüm siyasi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilir. Belə ki, postmünaqişə dövründə sülh prosesi və dinc quruculuq təcrübəsi ilə son illər beynəlxalq münasibətlərdə diqqət mərkəzinə gələn Azərbaycan on illərdir münaqişələrdən, terrorçuluqdan və separatizmdən əziyyət çəkən ölkələr üçün ciddi təcrübə yaradır.
Bu mənada, Azərbaycanın “Sülh Şurası”na üzv qəbul olunması təsadüfi deyil. Həmsərhəd dövlətlərlə ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılması, onlarla dinc qonşuluq və mehriban dostluq şəriatində yaşamaq Azərbaycanın xarici siyasətinin əsas strateji xəttini təşkil edir. Beynəlxalq hüququn prinsiplərinə əməl edilmədiyi müasir dövrdə Azərbaycanın bu kursu reallaşdıra bilməsi hətta aparıcı dövlətlər üçün vacib nümunə ola bilər. Azərbaycanın regional proseslərdə rolunun artması perspektivdə dünyanın müxtəlif bölgələrində sülhün və sabitliyin təmin edilməsinə töhfə vermiş olar.
Millət vəkili Bəhruz Məhərrəmov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, “Sülh Şurası”na üzvlük Azərbaycanın qlobal miyasda nüfuzunun artmasından xəbər verir:
“Sirr deyil ki, hazırda qlobal miqyasda beynəlxalq nizamın yenidən fundamental dəyərləndirilməsi prosesi başlanıb. Ənənəvi institusional mexanizmlərin kifayət qədər çevik və işlək davrana bilməməsi, yaxud yeni reallıqda formalaşan maraqları qarşılamaq gücündə olmaması bəşər tarixində indiyə qədər müşahidə olunmamış qlobal status-kvo formalaşdırıb. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın “Sülh Şurası” da bu mənada təklif edilən yeni mexanizmlərdən biri və faktiki olaraq hələ ki, ən nüfuzlusu sayıla bilər.
Məlumdur ki, Prezident Tramp Davosdakı çıxışında “Sülh Şurası”nın indiyədək mövcud olan analoji mexanizmlər arasında ən nüfuzlu olacağını bildirib. Bu isə o deməkdir ki, yeni fundamental dəyərlərin və yeni qlobal məzmuna malik formatın iştirakçıları həm də yeni nizamın yaradıcıları hesab ediləcək. Bu mənada, cənab İlham Əliyevin ABŞ-nin Prezidenti Donald Trampın dəvəti ilə “Sülh Şurası”nın təsisçisi qismində iştirakçılığa razılıq verməsi yeni dünya nizamında Azərbaycanın aparıcı rolunun göstəricisi sayılmalıdır”.
O bildirib ki, siyasi məqamlar özlüyündə mühüm amildir:
“Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı və qazandığı hərbi-siyasi qələbələrə əsaslanan reallıq ölkəmizin qlobal miqyasda ciddi siyasi üstünlüyə malik olduğunu demək üçün xeyli əsaslar verir. Çox çətin coğrafiyada Azərbaycanın separatizmə son qoyması və hərbi-siyasi yolla sülhə nail olması ziddiyyətlərin artdığı bir məqamda Azərbaycan təcrübəsini öyrənilməsini vacib tandemə çevirib.
Lakin “Sülh Şurası” Azərbaycana artan qlobal nüfuzdan başqa həm də ciddi iqtisadi dividendlər vəd edir. Belə ki, yeni dünya nizamında yeni marşrutlar müəyyən edilərkən Azərbaycan həlledici fiqur kimi özünün layihələrinin aktiv müdafiəçisi qismində çıxış etmək imkanına malik olur və beləliklə də, ötən dövr ərzində realizə olunan layihələr özünün alternativsizlik statusunu daha da möhkəmləndirir. Digər tərəfdən, yeni nizamda aparıcı qüvvə kimi çıxış etmək ölkənin qlobal miqyasda əlverişli investisiya mühitinə malik coğrafiya kimi reytinqinə təsir göstərəcək və investorlar üçün münbit və cəlbedici, ələlxüsus yatırımların qarantiyalandığı region rolunu daha da gücləndirəcək”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 22 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















