“Sülh Ukraynanın təslim olması demək deyil”
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi işğalçı ölkə üçün uğurla bitməməli və hücuma məruz qalan dövlətin təslim olması anlamına gəlməməlidir. Ədalətli sülh, xüsusən də Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatları ilə dəstəklənməlidir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ukraynna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında yazıb.
O bildirib ki, belə bir sülh ədalətli, etibarlı və davamlı olmalıdır.
Zelenskinin sözlərinə görə, buna yalnız Ukrayna, Avropa və bütün dünya üçün güclü və uzunmüddətli təhlükəsizlik təminatları şərti ilə nail olmaq olar.
"Biz Ukraynanı dəstəkləyən və Avropanın müdafiə qabiliyyətini gücləndirən hər kəsin rəhbərliyini və səylərini dərindən qiymətləndiririk. Yaxın günlərdə sülhə doğru addımlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik ", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















