Icma.az
close
up
RU
Sülh və tərəqqi yolunda ŞƏRH

Sülh və tərəqqi yolunda ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son 200 illik tarixinin ən şərəfli salnaməsini yazan Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq arenada güclü dövlət statusunu təmin etdi. İstər regionda, istərsə də beynəlxalq aləmdə ədalət, hüququn təntənəsini əyani şəkildə nümayiş etdirən ölkəmiz hazırda bütün dünya üçün ədalət və hüququn qorunub saxlandığı, əməl olunduğu, dinc qonşuluq münasibətlərinə, birgəyaşayış prinsiplərinə əsaslanan yeni inkişaf və tərəqqi modelinin müəllifi kimi çıxış edir. Heç şübhəsiz ki, bu arxitekturanın yaradılması təşəbbüskarı 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazanmış Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı da bütün dünyaya belə bir çağırış verdi ki, Azərbaycan üçün yeni tarixi mərhələ başlayıb, bu mərhələ artıq müharibə ilə deyil, sülh və inkişafla yadda qalacaq.

Qeyd edək ki, builki sessiya “Birgə çalışmaq: sülh, inkişaf, insan hüquqları və irəliyə doğru 80 il birgə çalışmaq” kimi mühüm bir mövzuya həsr olunub ki, bu sahədə Azərbaycanın deməyə, dünya birliyinə çatdırmaq istədiyi mesajlar kifayət qədərdir və aktualdır. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi fikirlər əslində bütün dünya üçün bir çağırışdır. Dövlət başçımız cənab İlham Əliyev çıxışında bölgəmizdə yaranmış reallıqları əks etdirən və strateji əhəmiyyət kəsb edən məsələlərə toxunub və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu çıxış Azərbaycanın müharibədən sonrakı diplomatik mövqeyini, strateji prioritetlərini aydın şəkildə ortaya qoyub.

Prezident İlham Əliyev nitqində uzun illər ərzində BMT kürsüsündən təcavüz, işğal və ədalətsizliklə bağlı çıxışlar edib, dünya ictimaiyyətinin diqqətinə çatdırdığını bəyan edib: “Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.

Mötəbər toplantıdakı çıxışında Prezident İlham Əliyev dünyaya ünvanladığı mesajlarla ölkəmizin ədalətli mövqeyini bir daha ortaya qoydu. Dövlətimizin başçısı cənab İlham Əliyev səsləndirdiyi fikirlər 30 illik münaqişə tarixinin beynəlxalq hüquq prizmasından qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında mühüm mesajlardan biri budur ki, 1992-ci ildə münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu mandatına uyğun öhdəliklərini yerinə yetirmədi: “Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar”.

Beləliklə də Prezident İlham Əliyev bir daha vurğulayıb ki, nə BMT-nin qətnamələri, nə ATƏT-in Minsk qrupu heç biri bu münaqişə faktına son qoya bilmədi. Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz müdafiə hüququndan istifadə etdi və bununla da 44 günlük Vətən müharibəsinə başladı. Vətən müharibəsi ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi, beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini bərpa etdi.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu faktların beynəlxalq kürsüdən səsləndirilməsi Ermənistanın və onun havadarlarının münaqişənin uzun müddətə dondurulmasında məsuliyyətini bir daha ortaya qoymaqla yanaşı, Azərbaycanın hərbi əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun apardığını nümayiş etdirdi.

Prezident İlham Əliyev sessiyadakı çıxışında ölkəmizin haqlı mövqeyini bir daha təsdiqləməklə münaqişənin nəticələrinə dair ikili standartlara qarşı prinsipial mövqeyini bird aha nümayiş etdirib.

Prezident İlham Əliyev dünya birliyinə çatdırıb ki, bugünkü Azərbaycan tamamilə yeni və post-münaqişə dövrü reallıqlarına uyğunlaşmış bir Azərbaycandır. Dövlət başçısı cənab İlham Əliyevin çıxışında Ermənistanla olan münasibətlərə toxunub:

“Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Dövlət başçısı cənab İlham Əliyev xüsusilə avqustun 8-də ABŞ görüşünün vacibliyini bildirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vaşinqtonda keçirilən bu görüş Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasıyla nəticələnib və Azərbaycanla ABŞ arasındakı münasibətlərin daha da genişlənməsinə və bu münasibətlərin genişlənməsi üçün əməli addımların atılmasına səbəb olub.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP).

Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır”.

Beləliklə də dövlət başçısı cənab İlham Əliyev öz çıxışında Azərbaycanın yalnız regional sabitlik üçün deyil, həm də qlobal təhlükəsizlik və inkişaf üçün etibarlı tərəfdaş rolunda çıxış etməsini beynəlxalq birliyin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev bəyan edib ki, indi Azərbaycan yeni reallıqlar şəraitində öz qarşısına yeni hədəflər qoyur. Azərbaycan tarixi torpaqlarına yeni həyat verir, düşmən əsarətindən xilas olmuş ərazilərimiz dirçəlir, xalqımız Böyük Zəfərin yaratdığı imkanlardan yararlanaraq yeni, dinc həyata başlayır. Bu gün işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır: “Qarabağın bərpası və yenidən qurulması prosesi sürətlə həyata keçirilir və artıq 50 mindən çox vətəndaş həmin ərazilərdə yaşayır, işləyir, təhsil alır. Bununla Qarabağ və Şərqi Zəngəzurun məskunlaşdırılması prosesi yüksək templə davam edir”.

Dövlət başçısı cənab İlham Əliyev qeyd edib ki, Ermənistanın 30 illik işğalı dövründə həmin ərazilərdə bütün infrastruktur məhv edilib, tarixi və mədəni irsimizə ağır zərbə vurulub, 65 məscid dağıdılıb: “Hazırda isə konkret dövlət proqramı əsasında həm Qarabağın və Şərqi Zəngəzurun bərpası, həm də məskunlaşdırılması həyata keçirilir. Tarixi qayıdışa dair dövlət proqramı qəbul edilib və 2026-cı ilin sonuna qədər 140 minədək soydaşımızın öz ata-baba yurduna qayıdışı təmin ediləcək. Qarabağın bərpası ilə bağlı işlər paralel şəkildə davam etdirilir – ərazilər bərpa olunur, yeni infrastruktur yaradılır və bununla yanaşı məskunlaşma prosesi reallaşdırılır. 2021-ci ildən 2024-cü ilin sonuna qədər bu məqsədlə 19 milyard manat vəsait ayrılmışdır. 2025-ci il dövlət büdcəsindən isə əlavə olaraq 4 milyard manat vəsait nəzərdə tutulub. Ümumilikdə 41,4 milyard manatlıq xərclərin təxminən 9,6 faizi bu istiqamətə yönəldilib”.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın kifayət qədər maliyyə imkanları və möhkəm siyasi iradəyə malik olduğunu qeyd edib: “Bu, dövlət siyasətidir və xalqımız ata-baba torpaqlarına böyük qürur hissi ilə qayıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydançasını xatırladır və bütün bu reallıqlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı beynəlxalq ictimaiyyət ən çox narahat edən iqlim dəyişikliyi problem ilə bağlı ötən il keçirilən COP29-da bütün tərəflər üçün ədalətli, xüsusən də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin edən nəticəəsaslı konkret sazişlərin imzalanmasını tarixi nailiyyətlər kimi dəyərləndirib. Uğurlu təşkilatçılığın nəticəsində iqlim fəaliyyəti, “yaşıl keçid” və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırıb.

Hazırda Azərbaycan bölgənin lider dövləti kimi regional bağlantılar və iqtisadi inkişafla əlaqəli təşəbbüslərini davam etdirir. “Yaşıl keçid” ə sadiq qalaraq günəş, külək və su elektrik enerjisi və digər enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Eyni zamanda, Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıran Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin infrastrukturlarını müasirləşdirir, Orta Dəhlizlə yükdaşımaların həcmini artırır, tərəfdaşları ilə birgə rəqəmsal bağlantıları əlaqələndirir, ölkəmizi regional rəqəmsal mərkəzə çevirəcək “Rəqəmsal İpək Yolu” kimi strateji əhəmiyyətli layihəni icra edir.

Son beş ildə Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub, həm müharibədə qələbəni, həm də sülhü qazanıb. Bu nailiyyətlər inkişaf sütunlarını daha da möhkəmləndirib, yoxsulluq və işsizlik tarixi minimum həddə – 5%-ə endirilib, qlobal mühitdə heç kimdən asılı olmayan və maliyyə institutları qarşısında bütün öhdəliklərini nümunəvi yerinə yetirən ən az borca malik dövlətə çevrilib. Bu, möhtəşəm iqtisadi kursun nəticəsidir ki, xarici borcumuz ÜDM-in cəmi 6,5%-ni təşkil edir ki, bu isə dünyada ən aşağı göstəricilərdən biridir.

Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır. Dövlətimiz bölgədə ən münbit və sağlam investisiya mərkəzidir. Bunu Azərbaycanın investisiya reytinqini artıran “Moody’s” və “Fitch” kimi aparıcı beynəlxalq reytinq agentliyinin rəyləri də təsdiqləyir. Bütün bu amillər regionda yeni geosiyasi-iqtisadi çağırışlar formalaşdıran, bölgənin təhlükəsizlik və sabitlik arxitekturasını möhkəmləndirən Azərbaycanın qlobal Qərb və Şərqlə inteqrativ inkişaf bağlantılarının daha da gücləndirilməsinə xidmət edir.

Beləliklə də Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər beynəlxalq arenada etibarlı və layiqli tərəfdaş olan Azərbaycanın müasir gündəliyinin təqdimatı kimi də səciyyələndirilə bilər.

Dövlət başçısı İlham Əliyev BMT kürsüsündən dünya liderlərinə əməkdaşlığın aydın konturlarını bölüşür və ölkəmizin əldə etdiyi nailiyyətləri, təcrübələri paylaşmağa hazır olduğunu bəyan edir. Dövlət başçımız cənab İlham Əliyevin mövqeyi sadə və aydındır: “Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.

Bu çıxış ədalətin təntənəsi, barışıq, praqmatizm, inkişaf və tərəqqi mesajları ilə diqqəti cəlb edir: Azərbaycan Prezidenti İlham Əliyev BMT tribunasından ədalətə əsaslanan yeni dünya qurmağa çağırış edib.

Prezident İlham Əliyevin dünya birliyinə çatdırdığı mühüm fikirlərdən biri də budur: “Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Beləliklə də qeyd edə bilərik ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı tarixinin ən şərəfli dövrünü yaşayan qalib xalqın, regionda yeni reallıqlar formalaşdıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dünyada ədalətin, sülhün bərpasına çağırışıdır.

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see171

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see148

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see144

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see140

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see138

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see137

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see136

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see136

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see135

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see131

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see126

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see125

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see123

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see121

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see118

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see116

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see114

Tarixi zəfəri bizə yaşadan qəhrəmanlarımız Vətən müharibəsi qaziləri həmin günləri xatırlayırlar

28 Sentyabr 2025 02:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri