Sülhmərmalı kontingent Ukraynada bu bölgələrə yerləşdirilə bilər Makron 3 şəhərin adını çəkdi
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna ilə müttəfiq ölkələr Kiyev, Odessa və Lvova sülhməramlı qüvvələr yerləşdirmək imkanını nəzərdən keçirirlər.
“AzPolitika” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Le Parisien”ə müsahibəsində deyib.
Makron bu addımın Ukraynaya dəstək olmaq üçün daha geniş strategiyanın bir hissəsi olduğunu bildirib.
O qeyd edib ki, onların məqsədi qoşunları kütləvi şəkildə geri çəkmək deyil. Makron əlavə edib ki, Avropada ən böyük ordu hazırda bir milyona yaxın əsgəri olan Ukrayna ordusudur.
“Biz təlim proqramlarını həyata keçirmək və uzunmüddətli dəstək nümayiş etdirmək üçün əsas nöqtələrə bir neçə min əsgəri yerləşdirməkdən danışırıq”, - Makron bildirib.
Fransa prezidenti Kremlə də açıq şəkildə bildirdi ki, Moskvanın Ukraynanın müttəfiqlərinə sülhməramlıların göndərilməsi ilə bağlı şərt qoymağa haqqı yoxdur.
“Ukrayna suveren dövlətdir və müttəfiq qoşunlarını öz ərazisinə dəvət edərsə, bunu qəbul edib-etməmək Rusiyanın işi deyil”, - Makron bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















