Icma.az
close
up
RU
Sülhü 2031 ə çəkən Paşinyan, Türkiyə bir partiyadan çox çox böyükdür

Sülhü 2031 ə çəkən Paşinyan, Türkiyə bir partiyadan çox çox böyükdür

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə - Azərbaycan münasibətləri bir xalqın sevgisidir. Bu sevgiyə hər hansı qüvvənin toxuna bilməyəcəyini düşünürük. Unutmayaq, sosial şəbəkələrdə baş verənlər göstərir ki, qardaşlığı hədəfə alanların üsulları dəyişib. Elə olmasaydı, vahid məktəbli forması ətrafında başlayan mübahisə qısa müddətdə siyasi qarşıdurmaya çevrilməzdi. Türkiyədə siyasi şəxslər və mediada çıxış edənlərin Azərbaycanı hədəfə alan bəyanatları, Azərbaycandan məcburən verilən cavablar gərginliyi artırdı. Deməli, mövzu geyim qaydaları olmayıb. Söhbət dövlət suverenliyi, dini hissləri siyasi təsir vasitəsinə çevirmək və bir millət iki dövlətin münasibətlərindən gedir.

Türkiyə Azərbaycan qardaşlığı bir-birinin daxili siyasətini eyniləşdirmək anlamına gəlmir. Qardaşlıq bir-birinin müstəqilliyinə hörmət etmək, çətin gündə yanında dayanmaq və fikir ayrılıqlarını düşmənçiliyə çevirməməkdir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu da elə bunu ifadə edir. Bir millətin iki müstəqil dövləti var. Amma bu o demək deyil ki, Azərbaycan Türkiyənin vilayətidir, yaxud da Türkiyənin xarici siyasətini Azərbaycan müəyyənləşdirməlidir.

Prezident İlham Əliyevin Türkiyə, Türk Dövlətləri Təşkilatı  ilə münasibətlər barədə dəfələrlə vurğuladığı qardaşlıq xəttinin mahiyyəti də budur. Prezidentin “Bizim ailəmiz türk ailəsidir” fikri bu ailənin üzvləri bir-birinə hörmət etməli, aralarındakı narazılığı başqalarının sevincinə çevirməməlidirlər mesajını verir. Qardaşlıq fərqli düşündüyün anda da bir-birinin düşməninə çevrilməməkdir. Türkiyədə hər tənqid türk düşməni adlandırmaq necə qəbul edilmirsə, Azərbaycana qarşı əsassız ittihamları da qardaşlıq adı ilə susaraq qarşılamaq bir o qədər yanlışdır.

Türkiyədə özlərinə radikal islamçı adı verən yalançı islamçılar müsəlman uşaqlarının taleyinə həqiqətən həssas idilərsə, həssaslığı vahid məktəbli forması üzərindən öz siyasi məqsədlərinə uyğun gələn mövzularla məhdudlaşmamalı idlər. Əfqanıstanda milyonlarla müsəlman qızın təhsildən məhrum edilməsi, rəsmi uşaq nikahları və qız uşaqlarına qarşı görünməmiş zorakılıq, hər gün məcburən intim münasibətə çəkilən və kiçik yaşlı olduğu üçün buna dözməyib ölən qızlar bu adamların vicdanını heçmi oyatmır?! İslamın adından danışan insan uşağın təhsil hüququnu, təhlükəsizliyini və ləyaqətini də müdafiə etməlidir. Amma heç yadlarına belə salmırlar. Dövlət məktəblərində vahid geyim formasına etirazın səbəbi bəlli oldumu....

Bir dini dəyər siyasi rəqibə hücum etmək üçün istifadə olunur, amma 10-12 yaşlı qız uşağının hər cür istismara məruz qaldığı yerdə unudulursa, burada iman siyasi maraq deməkdir.  Burada söhbət dindən siyasi vasitə kimi istifadə edənlərə gedir. Türkiyə cəmiyyətinin özü də bu fərqi görəcək qədər böyük təcrübəyə malikdir.
Bu gərginliyin regional nəticələrinə baxmaq daha ağırdır. Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15-də Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasının 2031-ci ilədək başa çatdırılmasını qarşısına məqsəd qoyduğunu açıqladı. Halbuki 2027-ci ildə prosesin başa çatacağı deyilirdi. Azərbaycanla Türkiyə arasında qarşılıqlı ittihamlar Ermənistan üçün siyasi və diplomatik manevr imkanlarının genişlənməsi imkanı yaradır. Geosiyasətin sadə qaydası var. İki müttəfiq bir-biri ilə mübahisəyə nə qədər çox enerji sərf edirsə, onların rəqibləri ən azından bir o qədər yararlanırlar. Erməni hiyləsi pusquda, fürsət gözləyir.

Türk Dövlətləri Təşkilatının güclənməsindən narahat olan istənilən qüvvə üçün Türkiyə-Azərbaycan münasibətlərinin zəifləməsi çox arzuolunandır.  Ona görə də sosial şəbəkədə kimin daha sərt cavab verdiyi bizə lazım deyil, kimin münasibətləri düzəltmək üçün çalışdığına baxmaq lazımdır.

Türkiyə nə bir siyasi partiya, nə də hər hansı dini cərəyanın mülküdür. Türkiyə Atatürkün qurduğu Cümhuriyyətin, onun bütün vətəndaşlarının və tarix boyu bu dövlətə can vermiş insanların Türkiyəsidir. Heç bir siyasi qüvvə bütöv bir xalqın adından təkbaşına danışa bilməz. Türkiyədə son seçki bunu bir daha göstərdi. Türkiyədə gerçək din sevgidir. Yalançı islamçılar bu sevgini xurafata, siyasi spirkulyasiyaya, türk düşmənçiliyinə çeviriblər. Nə yazıq ki, yalançı islamçılara hakim partiyadan ciddi dəstək var. Ən kədərlisi odur ki, hazırda Türkiyədə həqiqi islamçılar istifadə olunmuş durumdadırlar. Dindən daha çox siyasi alət kimi istifadə edirlər. Başını bağlayıb qalan yerini açmaq həyat tərzinə çevrilib.

Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçelinin oktyabrın 14-də səsləndirdiyi qarşılıqlı anlayış və qardaşlıq hüququna hörmət çağırışı bu baxımdan diqqətəlayiqdir. Türkiyədə hər kəs bilir ki, ərəbyönlü yalançı islamçıları Devlet Bahçeli zor-bəla ilə dövlətə xidmət yoluna gətirmişdi. Bu mənada MHP-dən indi də gözləntilər çoxdur.

Biz Türkiyəni Azərbaycan qədər çox sevirik. Türkiyədəki dostlarımız da bunu bilir. Onların Azərbaycan sevgisi də Türkiyə boydadır, bunu da biz bilirik. Bu sevgi qədimdir, dədələrdən gələn, bu gün yaşayan, sabahlara gedən sevgidir.

Bizim tariximizdə Türkiyənin Azərbaycana uzanan əli var. Azərbaycanda Türkiyənin ağrısını öz ağrısı bilən insanlar var. Bu münasibət bir yalançı islamçı partiyaya, bir neçə sosial media hesabına qurban veriləcək qədər kiçik deyil. Türkiyə bir partiyadan çox-çox böyükdür.

Türkiyəyə qarşı düşmənçilik edənləri də, Azərbaycanı öz siyasi hesabına tabe etdirmək istəyənləri də əməllərinə görə tanımalıyıq. Türkiyənin gücünü Azərbaycanın zəifliyində, Azərbaycanın gücünü Türkiyənin büdrəməsində axtaranları ifşa etməliyik. Biz bir-birimizin gücünü artıranda güclənirik.

Paşinyanın, yaxud onun mövqeyində olan başqa bir ölkənin yalançı islamçıların yaratdığı gərginlikdən siyasi üstünlük əldə etməsini istəmiriksə, bir-birimizlə daha ağıllı davranmalıyıq. Türk xalqlarının ən böyük itkisi bir-birini anlamamaqdır. Tarix bizə bu dərsi çox keçib.

Türkiyəm, Azərbaycan sənin yanındadır. Sənin yanında olmağı susmaqda axtarma. Qardaşlıq həqiqəti deməyi cəsarət etməkdir. Türkiyəni sevmək onun xalqına, tarixinə və sabahına inanmaqdır. Türkiyənin atmosferini bir partiya formalaşdıra bilməz. Biz bir millət, iki dövlətik, iki dövlətin öz iradəsi, bir millətin ortaq yaddaşı var. Bu yaddaşı qorumaq bizim borcumuzdur.

Biz bir şeyə çox əminik, bir-iki günə Paşinyanın sevinci, Ermənistanın yalançı islamçılar hesabına xoşbətliyi yox olacaq. Siyasi planlar, sosial şəbəkələrin səs-küyü buz kimi əriyəcək. Azərbaycan Türkiyə qardaşlığının günəşi bütün pislikləri yandıracaq.

Paşinyan və dostları, bir sözlə, türk düşmənləri bir daha biləcəklər ki, Türkiyə bir partiyadan çox-çox böyükdür...

 
Elnur Əmirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Oktyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri