Icma.az
close
up
RU
SÜLHÜN BİR ADDIMLIĞINDA Azərbaycan və Ermənistanın sülh sazişinə imza atacağı gün uzaqda deyil...

SÜLHÜN BİR ADDIMLIĞINDA Azərbaycan və Ermənistanın sülh sazişinə imza atacağı gün uzaqda deyil...

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qarışıdan 8 Noyabr Zəfər Günü gəlir. Şübhəsiz, bu şanlı tarix hər bir azərbaycanlı üçün olduqca əlamətdardır. Doğrudur, Zəfər Günü Azərbaycan xalqına heç də itkisiz başa gəlmədi, bu gün qələbəni böyük qüruru hissi ilə qeyd edə bilməyimiz üçün 3 min nəfərdən çox şəhid verdik. Hansı ki, hər il olduğu kimi, 2005-ci ilin 8 noyabrında da Zəfər tariximizi böyük atəşfəşanlıqla qeyd etməyə hazırlaşırıq.

Əlbəttə, hər bir zəfər tarixi Qələbə ilə yanaşı, həm də şəhidlərimizi, savaşda ağır xəsarət alan qazilərimizi bizə xatırladır. Bu, hər bir vətəndaşımız üçün üzücü olsa da, təəssüf ki, müharibə itkisiz başa çatmır.

30 il işğal altında olan torpaqlarımızda bu gün sərbəst, azad şəkildə addımlayırıqsa, məhz şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu Zəfər günü məhz onların qanı bahasına əldə olunub və yüz illər, min illər sonra da heç vaxt tarixdən silinməyəcək.

Bütün müharibələr sühlə bitdiyi kimi, şübhəsiz, Ermənistan və Azərbaycan arasındakı 30 illik münaqişədə sühlə sonuclanacaq. Heç də təsadüfi deyil ki, 2025-ci il avqust ayının 8-də ABŞ Prezidenti Donalt Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü çərçivəsində Bakı və İravan arasında sülh sazişinin layihəsi paraflandı. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlarılan layihənin mətni artıq hər iki ölkə ictimaiyyətinə bəllidir. Sözügedən paraflanma hələlik sülh sazişinin imzalanması demək olmasa da, tezliklə ölkələrimiz arasında münasibətlərin normal müstəviyə daşınacağı şübhə doğurmur. Məsələn, bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana daşınan yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verməsi bu istiqamətdə atılan önəmli addımlardan biridir. Bunun ardınca Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistanın paytaxtı İrəvana səfər etmələri də sülh anlaşmasının uzaqda olmadığının işartısıdır.

Xatırladaq ki, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla saat 16:01-də “Zvartnots” hava limanına enib. Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova ("1news.az" saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər. Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa erməni ictimai təşkilatı “Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzi” tərəfindən təşkil olunub. Görüşdə sülh gündəliyi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda davamlı əməkdaşlıq imkanları və uzunmüddətli əlaqələrin qurulması məsələləri müzakirə edilib.

Tədbir 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə xidmət edib və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin bu formatda ilk birbaşa görüşü kimi tarixə düşüb.

Yeri gəlmişkən, İrəvanda səfərdə olan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini yerli mediaya açıqlamaları kifayət qədər pozitiv çalarlara söykənir. Onların sözlərindən belə başa düşmək olar ki, Ermənistanın dövlət rəsmiləri ilə yanaşı, ölkə ictimaiyyəti də artıq sülh anlaşmasına hazır vəziyyətə gətirilib və bundan sonra barış içində yaşamaq əzmindədirlər.

Əlbəttə, bütün bunlar müsbət haldır. Ən az ona görə ki, qanlı savaşlar, müharibələr heç bir dövlətə, heç bir xalqa fayda gətirmir. Bu gün əminliklə deyə bilərik ki, 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi olmasaydı, indi hər iki dövlət daha çox inkişaf etmiş olar və vətəndaşları rifah içində yaşayardı. Odur ki, bu 30 il ərzində hər iki xalq çox böyük ağrı-acılar yaşasa da, artıq sülh prosesinə hazır olmalıdır. Necə deyərlər, bundan sonra keçmişlə yaşamamalı, keçmişdə baş verənləri sadəcə tarixçilərin ixtiyarına buraxmalıyıq...

...Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin müsahibələrindən də belə anlaşılır ki, Ermənistanın dövlət rəsmiləri tezliklə sülh sazişinin imzalanmasında israrlıdır. Məsələn, onların bu gün Azərbaycan Prezidenti İlham Əliyev haqqında çox yüksək fikirlər söyləməsi, hələ də içəridə mövcud olan təxribatçı daşnak qüvvələrindən çəkinmədən ictimaiyyəti sülhə çağırması ölkələrimizin gələcəyi ilə bağlı müsbət vədlər verir. İnanırıq ki, uzun illərdir Türk düşmənçiliyi ilə böyüyən erməni gəncliyi artıq həqiqəti görməkdə çətinlik çəkmir. Onlar indi yaxşı bilirlər ki, heç bir Türk toplumu qonşu dövlətlərə, eləcə də digər millətlərə və etnik qruplara qarşı düşmənçilik mövqeyi sərgiləmir. Ümumiyyətlə, tarixdə Türklərin dinc sakinlərə qarşı heç bir işğalçılıq siyasətinin nümunəsi yoxdur. Türkün hakim olduğu yerdə ancaq rifah, barış, ədalət mövcuddur.

Beləliklə, yaxın günlərdə qeyd etməyə hazırlaşdığımız Zəfər Gününün bir daha çox böyük önəmi olduğunu qeyd edə bilərik. Bu gün həm də ona görə önəmlidir ki, 44 günlük İkinci Qarabağ Savaşında Azərbaycan ordusunun silahlı qüvvələri bircə nəfər də dinc sakinin ölümünə səbəb olmayıb. Bu baxımdan, biz bu tarixi – Zəfər Gününü ikiqat sevinc və böyük qürur hissi ilə qeyd etməliyik!

“Hürriyyət”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri