Icma.az
close
up
RU
Sülhün önündə əngəl qalmadı ŞƏRH

Sülhün önündə əngəl qalmadı ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan rəhbərliyinin alternativ yolu yoxdur


“İrəvan fərqindədir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmasa, bütövlükdə Ermənistanın hərbi-siyasi təhlükəsizliyi ciddi risk amili olaraq qalmaqda davam edəcək”


Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri birgə bəyanat yayaraq, tərəflər arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Saziş layihəsi 17 maddədən ibarətdir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı. Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırılıb. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir. Paşinyanın sözlərinə görə, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edib. Paşinyan vurğulayıb ki, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək. O qeyd edib ki, Ermənistan Respublikası ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində nəqliyyat yollarını açmağa hazırdır. Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrdən reaksiyalar gəlib. 

ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayıb. Dövlət katibi Marko Rubionun bəyanatında bildirilib ki, ABŞ Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir. Qeyd olunub ki, bu addım hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək mühüm fürsətdir: “Bu hər iki ölkə üçün Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir. İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək, eləcə də Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”. Çin də sülh prosesində əldə olunan müsbət irəliləyişi təqdir edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib ki, iki ölkə münaqişə və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edə və regionda davamlı sülh, inkişaf və rifaha töhfə verə bilər. Avropa Şurasının Baş katibi Alain Berset də Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını müsbət addım adlandırıb. Berset bildirib ki, bu Saziş layihəsi hər iki dövlətin həmin potensialdan istifadə etmək və regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübutudur. Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, Gürcüstan, o cümlədən BMT və AB sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. 


Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, qlobal və regional səviyyədə bu gün vəziyyət heç də Ermənistan hökumətinin xeyrinə deyil. Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi anlayır ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmasa, bütövlükdə Ermənistanın hərbi-siyasi təhlükəsizliyi ciddi risk amili olaraq qalmaqda davam edəcək: 


"Çünki Ukrayna-Rusiya müharibəsi kontekstində ABŞ-Rusiya yaxınlaşması hiss olunur. Belə vəziyyətdə Ermənistan rəhbərliyinin qəfildən Qərbə inteqrasiyadan imtina edib Rusiyaya yönəlməsi bir sıra problemlər və suallar yaradacaq. Rusiyada Nikol Paşinyan hökumətinə etimad tam olaraq sarsılıb. Paşinyan anlayır ki, indiki məqamda yalnız və yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulması İrəvanı bu vəziyyətdən xilas edə bilər. Bu, həm də Ermənistanın siyasi-iqtisadi və hərbi təhlükəsizlik qarantiyası deməkdir. Əks təqdirdə Ermənistana ABŞ, Fransa, Avropa İttifaqı təhlükəsizlik zəmanəti verməz, verə bilməz. O baxımdan Ermənistan hökumətinin sülh mətnindəki mübahisəli 2 bəndi qəbul etməsi düşünürəm ki, anlaşılandır. Ancaq bir də mətndə yazılmayan, sülhə təminat olan başqa iki məsələ də var. Onlardan biri Konstitusiyada Azərbaycana ərazi iddialarının aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğvidir. Minsk qrupunun ləğvi Ermənistan hökuməti üçün o qədər də ciddi problem yaratmır. İrəvan Minsk qrupundan əlini üzüb, heç bir gözləntisi qalmayıb". 


Analitik vurğulayıb ki, əgər Ermənistan iki müddəanı, yəni beynəlxalq müstəvidə qarşılıqlı iddialardan vaz keçmək və kənar qüvvələrin bölgədə olmasına imkan verməmək bəndlərini qəbul edirsə, yaxın zamanda Konstitusiya dəyişikliyinə gedəcəyi də istisna edilmir: 

"Nikol Paşinyan real Ermənistan konsepsiyası ilə bağlı cəmiyyətin aktiv üzvləri, qruplarla mütəmadi görüşlər keçirir. Baş nazir özü vurğulayıb ki, yeni Konstitusiya layihəsinin mətni yaxın zamanda cəmiyyətə təqdim olunacaq. Bu, dolayısı ilə Azərbaycana da verilən mesajdır və sülh prosesinə gedən yoldur. Ən azından Azərbaycan və Ermənistan arasında sülhün çərçivə sazişini imzalamaq mümkün görünür. Perspektivdə gözlənilən budur. Ermənistanın alternativ yolu yoxdur. Nəzərə alaq ki, sülh prosesində paralel digər proseslər də var. Birincisi, kommunikasiyaların açılması, ikincisi, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində irəliləyişə nail olmaqdır. İstənilən halda sülh mətninin hazır olması və ikitərəfli razılaşma çox önəmli məsələdir. Artıq sülhün önündə ciddi əngəlin olmadığı reallığı ortadadır. Çünki Ermənistan nə qədər dramatik vəziyyətdə olduğunun fərqindədir". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Mart 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see583

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see289

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see268

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see267

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see251

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see251

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see248

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see227

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see220

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see216

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see212

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see211

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see204

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see195

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see192

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see189

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see177

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see173

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri