Sultan Süleyman 15 il sonra Hürrem inə qovuşur
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə və həmçinin dünya ekranlarında məşhurluq qazanan "Möhtəşəm yüz il" serialından 15 il sonra iki uğurlu aktyor - Halit Ergenç (Sultan Süleyman) və Meryem Üzerli (Hürrem Sultan) kino dünyasında yenidən bir araya gələcəklər.
Bu barədə Redaktor.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Halit Ergenç və Meryem Üzerli "İmrozda bahar" adlı filmdə rol almağa hazırlaşırlar.
"Sky Films" şirkəti tərəfindən istehsal olunan "İmrozda bahar" filminin artıq hazırlıqlarına başlanılıb. Filmdə adada yolları kəsişən iki fərqli həyat hekayəsindən bəhs edilir. Layihə hər iki sənətçinin karyeralarında əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.
Qeyd edilir ki, Halit Ergenç və Meryem Üzerlinin uzun illərdən sonra eyni film layihəsində yenidən bir araya gəlməsi filmi, həmçinin kinematoqrafik bir qarşılaşmaya çevirir.
Filmin çəkilişlərinə tezliklə başlanılması planlaşdırılır və artıq kino dünyasında böyük maraqla gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 12 Mart 2026 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















