Sulutəpə yolu bu vaxtadək bağlı olacaq
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sulutəpə yolu təmirə bağlanıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.
Bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur.
Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.
Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















