Icma.az
close
up
RU
Şumaxer “McLaren Racing”lə danışıqlar aparır

Şumaxer “McLaren Racing”lə danışıqlar aparır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 sentyabr, AZƏRTAC

Mik Şumaxerin “Formula-1”ə qayıdış ümidləri yenə də reallaşmadı. “Cadillac F1” komandası seçimində daha təcrübəli və güclü reputasiyaya malik pilotlara – Valtteri Bottas və Serxio Peresə üstünlük verdi.

Bununla belə, yeddiqat dünya çempionunun oğluna başqa təklif irəli sürülmüşdü: o, yeni “Formula-1” komandasının ehtiyat sürücüsü ola bilərdi və bu işi “Cadillac Team Jota” ilə dözümlülük yarışı proqramında çıxış etməklə birləşdirə bilərdi. Lakin “The Race” yazır ki, tərəflər razılığa gələ bilməyib. Təklif olunan şərtlər Şumaxeri qane etməyib.

AZƏRTAC xəbər verir ki, Britaniya nəşrinin məlumatına görə, onun nədən narazı qaldığı dəqiq bilinmir, lakin açıq şəkildə demək olar ki, “WEC”də çıxış edən “Cadillac” komandasında Şumaxer “Alpine Endurance Team”də sahib olduğu azadlığa malik olmayacaqdı.

Hazırda o, müəyyən üstünlüklərdən faydalanır, belə ki, 36 nömrəli hiperkar heyətində təcrübə yürüşlərində daha çox yeni təkərlərlə işləyir və kvalifikasiya yarışlarında sükan arxasına başqalarına nisbətən daha çox oturur. “Cadillac” isə fərqli siyasət yürüdür, orada bütün pilotlar bərabər şərtlərdədir və bu, müqavilələrdə ayrıca qeyd olunur. Hətta tanınmış dünya çempionu Censon Batton üçün belə heç bir istisna edilməmişdi.

Mik üçün karyerasını davam etdirməkdə hansı variantlar qalır?

Nəzəri baxımdan “Formula-1”ə qayıtmaq üçün yeganə, amma az ehtimal olunan şans “Alpine” ilə bağlıdır. Çünki Pyer Qaslinin komanda yoldaşının yeri gələn mövsüm üçün formal olaraq boşdur. Lakin “Renault” konserninin yarış proqramları rəhbərliyi Şumaxerlə yalnız “WEC”də əməkdaşlığı davam etdirmək istəyir, digər ssenarilər isə gündəmdə deyil.

“The Race” öz mənbələrinə istinadla maraqlı versiya irəli sürür, belə ki, Mik artıq McLaren ilə danışıqlar aparır və söhbət onun komandanın dözümlülük yarışlarında yeni layihəsinə qoşulmasından gedir.

Xatırladaq ki, “McLaren Racing” öz hiperkarını hazırlamağa başlayıb və maşının 2027-ci ildə starta çıxması gözlənilir. Mik Şumaxerin artıq “WEC”in yüksək kateqoriyasında iki mövsümlük təcrübəsi var və üç dəfə podiuma yüksəlib. Belə bir pilotun xidmətləri “McLaren” üçün çox faydalı ola bilər. Şumaxeri isə bu il “Formula-1”də inamla dominantlıq edən bu komanda ilə əməkdaşlıq perspektivləri cəlb etməlidir.

Hazırda o, mövsümün qalan üç mərhələsinə hazırlaşır. Növbəti yarış ABŞ-ın Texas ştatındakı “Circuit of the Americas” avtodromunda bu həftəsonu keçiriləcək və Şumaxer orada “Alpine A424” sportprotitipinin sükanı arxasına keçəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri