Sumqayıt 1 ci Liqa komandasına qarşı tam heyətlə mübarizə aparacaq
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"nin qonağı olacaq "Sumqayıt" 1-ci Liqa təmsilçisinə qarşı matçın hazırlıqlarını davam etdirir.
"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, Saşa İliçin rəhbərlik etdiyi kollektiv kubok qarşılaşmasına itkisiz çıxacaq:
"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan müdafiəçi Ayxan Süleymanlını nəzərə almasaq, zədə səbəbindən də hansısa futbolçu "Difai" ilə oyunu kənardan izləməyəcək".
Qeyd edək ki, "Difai" - "Sumqayıt" görüşü dekabrın 4-də baş tutacaq. İliçin komandası Sumqayıt şəhər stadionunda nominal qonaq qismində mübarizə aparacaq. Oyunun start fiti 19:00-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 02 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















