Icma.az
close
up
RU
Sumqayıt 11 oyunluq qol və qələbə orucu nu darmadağınla açdı!

Sumqayıt 11 oyunluq qol və qələbə orucu nu darmadağınla açdı!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt - Kəpəz (Gəncə) 3:0 (1:0)
36. Xəyal Fərzullayev - 5,5
14. Elvin Bədəlov (k) - 6,0
2. Sərtan Taşkın - 6,5
(75. Nadir Orucov, 90) - qiymətsiz
17. Murad Xaçayev - 6,0
8. Səbuhi Abdullazadə - 6,0
(77. Casurbek Caloliddinov, 90) - qiymətsiz
20. Ayxan Süleymanlı - 6,5
19. Roy Kehat - 7,0
(6. Vüqar Mustafayev, 81) - qiymətsiz
95. Miloş Miloviç - 5,5
23. Ronaldo Vaskes - 5,5
(21. Nihad Əhmədzadə, 81) - qiymətsiz
60. Tresor Mossi - 5,0
9. Bobir Abdixolikov - 5,5
(11. Momo Yansane, 76) - qiymətsiz
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
94. Rəşad Əzizli
7. Rövlan Muradov
41. Uğur Cahangirov
29. Qabil Əlizadə
24. Sənan Muradlı
99. Silvanus Nimeli
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Roy Kehat
1. Rojerio Santos - 6,0
99. Əli Səmədov - 4,5
(21. Camal Cəfərov, 46) - 4,5
12. Turan Manafov - 5,0
5. Rauf Hüseynli - 5,0
(7. Ehtiram Şahverdiyev, 72) - 4,5
8. Elmir Tağıyev - 5,0
9. Luis Paçu - 5,0
(19. Sadiq Şəfiyev, 72) - 4,5
29. Dioqo Verdaska - 5,0
78. Yeqor Xvalko (k) - 5,5
28. Rati Ardazişvili - 4,5
(10. Karim Lkoça, 46) - 5,0
3. Mahamadu Ba - 5,5
88. Şevroni Mabatşoyev - 5,5
(11. Trent Buhagiar, 72) - 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
2. İlkin Qırtımov
70. Nicat Süleymanov
6. Nemət Musayev
17. Ümid Səmədov
26. Valdemar Almeyda
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Rojerio Santos
Qollar: R.Kehat, 20 (1:0, A Süleymanlı). R.Kehat, 51 (2:0, S.Taşkın). N.Əhmədzadə, 90+3 (3:0, E.Bədəlov).
Vərəqələr: D.Verdaska, 45+1 (qeyri-idman hərəkəti). T.Manafov, 66 (qeyri-idman hərəkəti). R.Hüseynli, 69 (hakimin qərarına etiraz). M.Miloviç, 78 (qeyri-idman hərəkəti). T.Mossi, 85 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 90+1 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
10 mart. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 800 tamaşaçı (9502 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
İlk dəqiqələrdən aqressiv oyun üslubuna üstünlük verən "Sumqayıt" mümkün qədər tez hesabı açmağa çalışırdı.

Artıq 8-ci dəqiqədə Səbuhi Ronaldonun ötürdüyü topu tora qovuşdurmaq üçün irəli atılsa da, qeyri-dəqiq oynadı. Ardından Verdaskanın fərqlənmək arzusu çin olmadı. Top onun zərbəsindən sonra dirəyin yanından şütüdü. Bir qədər sonra qeydə alınan epizodda isə Santos özünü yaxşı tərəfdən göstərdi. Qolkiper "çərçivə"ni nişan almaq istəyən Bobirlə təkbətək mübarizədən qalib ayrılmaqda komandasını xilas etdi. Hər halda, portuqaliyalı qapısını uzun müddət toxunulmaz saxlaya bilmədi.
Ayxanın 20-ci dəqiqədə Raufla Mabatşoyevi keçməklə cərimə meydançasına göndərdiyi top Turanın nəzarətsiz buraxdığı Kehatın başla zərbəsi sayəsində tora qovuşdu. Belədə "Sumqayıt"ın ölkə kubokunda keçirdiyi son iki matç da daxil olmaqla 11 oyunluq "qol orucu" başa çatdı. Bundan sonra "Kəpəz"ın hesabı bərabərləşdirmək üçün ardıcıl cəhdlərinə şahidlik etsək də, hesab fasiləyə qədər dəyişmədi. Əvvəl Mabatşoyev Banın ötürməsini qeyri-dəqiq zərbəylə boşa verdi. Ardınca Paçu yaxın məsafədən fərqlənmək imkanını puç etdi. Daha doğrusu, Xəyal Ratinin cərimə meydançasına göndərdiyi topu vaxtında təhlükəli mövqedən uzaqlaşdırdı.
İkinci hissəyə də daha fəal başlayan "gənclik şəhəri"nin təmsilçisinə fərqi artırmaq üçün çox vaxt lazım olmadı. 51-ci dəqiqədə hücuma keçən "kimyaçılar" Sərtanın uzaqdan göndərdiyi ötürmə, Kehatın endirdiyi dəqiq zərbə sayəsində üstünlüyünü möhkəmləndirdi. Düzdü, bu qola mane olmaq olardı. Hətta Royun ilk cəhdində top Xvalkoya tuş gəldi. Lakin kapitanın topu yiyələnə bilməməsindən yararlanan israilli dublunu rəsmiləşdirə bildi. Belədə "Kəpəz"in matça daha diqqətli yanaşacağını, müdafiə xəttində məsuliyyətli çıxış edəcəyini gözləmək olardı. Lakin yorğun və inamsız görünən gəncəlilərin meydanda varlığı hiss olunmurdu. Bu üzdən "Sumqayıt"ın hücumları bir-birini əvəzlədi.
60-cı dəqiqədə Ronaldonun başla zərbəsi qeyri-dəqiq oldusa, bir neçə saniyə sonra Abdixolikov Santosla təkbətək mübarizədə uduzdu. Qolkiper Sərtanın yaxın məsafədən başla fərqlənmək istəyinə də mane oldu. "Kəpəz"in 2-ci hissədəki ilk hücum cəhdini 68-ci dəqiqədə izlədik. Mabatşoyev fərqlənə bilərdi. Amma Banın cərimə meydançasının daxilinə ötürməsini boşa verdi. Oyunda son nöqtəni Nihat qoydu. Elvinin düşünülmüş ötürməsini qolla tamamlayan futbolçu fərqi darmadağın həddinə çatdırdı.
"Kəpəz" mövsümdə bəlkə də ən baxımsız oyunlarından birini sərgilədi. "Sumqayıt" isə həm də ardıcıl 11 oyun davam edən qələbə həsrətinə darmadağınla son qoydu. Bəs, "kimyaçılar" bununla yuxarı pillələrə doğru sürət yığa biləcəkmi? İndi əsas sual budu.
Gözdən qaçmadı
* Oyundan əvvəl “Ayın qolu” layihəsi çərçivəsində yanvarın ən yaxşı qolunun müəllifi olan Turan Manafov mükafatlandırıldı. Mükafatı ona "Azərlotereya" ASC-nin ictimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim etdi.
* Kehat ilk qolu vurandan sonra sevincini Vaqif Cavadovla birgə yaşamaq üçün baş məşqçisinin yanına qaçdı. Lakin mütəxəssis əl hərəkətiylə onun qayıtmasını və oyuna köklənməsini istədi.
* "Sumqayıt" qələbəni "Kimyaçılar" fanklubuyla birgə qeyd etdi. Azarkeşlər həm Vaqif Cavadov, həm də futbolçular üçün dəstək şüarları səsləndirdi. "Kəpəz"i yanına səsləyən "Xəmsə" ilə gəncəli futbolçular arasında qısa söhbət baş tutdu. 
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Mart 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri