Sumqayıt, Abşeron və Xızıda idman sınaqları keçirilib FOTO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gənclər və İdman Nazirliyinin səyyar “Sağlam həyat” avtomobili ilə Abşeron-Xızı regionunda növbəti tədbirlər keçirilib.
İdman.Biz xəbər verir ki, layihə çərçivəsində avtomobil Sumqayıt şəhərində, Abşeron rayonunda və Xızı şəhərində sakinlərin ixtiyarına verilib.
İştirakçılar avtomobildə quraşdırılan müasir idman avadanlıqlarında qüvvələrini sınayıb, müxtəlif fiziki tapşırıqları yerinə yetiriblər.
Layihənin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması və sakinlərin idmana marağının gücləndirilməsidir.
Tədbirlərin sonunda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.
Baxış sayı:140
Bu xəbər 14 İyun 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















