“Sumqayıt” Antalyada Macarıstan, Serbiya və Xorvatiya klubları ilə qarşılaşacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
“Sumqayıt” futbol klubunun qış hazırlıq planları bəlli olub.
“Gənclik şəhəri” təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, Saşa İliçin başçılıq etdiyi komanda dekabrın 22-də - “Sabah”la çempionat oyunundan sonra istirahətə buraxılacaq.
Kollektiv 2026-cı il yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
Yanvarın 3-dan 17-dək Lara bölgəsində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubları ilə yoxlama oyunları keçirəcək.
Bu mövzuda digər xəbərlər:Qarabağ Xorvatiya və Polşa klubları ilə qarşılaşacaq
16 Yanvar 2026 11:21
Sumqayıt Xorvatiya klubuna qarşı
16 Yanvar 2026 12:42
Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq
03 Yanvar 2026 23:33
Sumqayıt Antalyada son oyuna çıxır
16 Yanvar 2026 12:08
Yığmamız Xorvatiya ilə qarşılaşacaq
27 Mart 2025 10:53
Baxış sayı:128
Bu xəbər 17 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















