Icma.az
close
up
RU
Sumqayıt bu il də tələbə qəbulunda liderdir

Sumqayıt bu il də tələbə qəbulunda liderdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Gənclik şəhəri Sumqayıt bir çox sahələrdə olduğu kimi, təhsildə də nümunə göstərir. Artıq neçə illərdir ki, ali məktəblərə qəbulun nəticələrinə görə ölkə üzrə ən yüksək göstəricilərə bu şəhərin yetirmələri nail olurlar.

Həm Sumqayıt təhsil işçilərinin ənənəvi sentyabr konfransında, həm də yüksək balla tələbə adını qazanan məzunlarla şəhər rəhbərliyi arasında keçirilən görüşdə bu barədə iftixarla danışılıb və gənclərə ölkəmizin inkişafı naminə gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayevin bildirdiyinə görə, burada yüksək akademik göstəricilərin formalaşması, ilk növbədə, ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısının nəticəsidir:

– Builki qəbul imtahanlarında 237 məzunumuz 600-dən yüksək bal, o cümlədən 91 məzunumuz 650 və daha çox bal toplayıb. Ümumi nətəcələrə görə, II və III qruplarda 35 nömrəli tam orta məktəbin məzunu Zamin Kərimov və 12 nömrəli tam orta məktəbin məzunu Fidan Hüseynzadə 690 bal toplayaraq ölkə üzrə yüksək nəticə göstəriblər.

IV qrupda isə Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə maksimum – 700 bal toplayıb. Həmin gimnaziyanın məzunu Aysu Əliyeva 693,6 balla fərqlənib. Əli Məmmədzadə isə 2-ci mərhələdə 400 balla lider olub. Xüsusilə vurğulamaq istərdim ki, II, III və IV ixtisas qrupları üzrə ölkə səviyyəsində Sumqayıt məktəblərinin məzunları ən yüksək nəticələrlə yenə də önə çıxıblar.

Öyrəndik ki, Sumqayıtın təhsil uğurlarında fənn olimpiadaları və müsabiqələrinin də böyük rolu olub. Belə ki, respublika olimpiadalarının finalında 40 medal (5 qızıl, 16 gümüş, 19 bürünc) əldə edilib. Abşeron-Xızı regionu üzrə 74 qalibin 40-ı, yəni 54 faizi Sumqayıt məktəbliləridir. Fənn müsabiqəsində 45 medal qazanılıb (13 qızıl, 13 gümüş, 19 bürünc). Təmsilçimiz Lütfi Zadə Riyaziyyat-Məntiq Olimpiadasında, “Sabahın alimləri” müsabiqəsində və “Zəkaların mübarizəsi”ndə də qalib gələrək yüksək mükafatlara sahib olub.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla Sumqayıt Dövlət Dram Teatrında keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və digər natiqlər ali təhsil müəssisələrinə qəbulun nəticələrini təqdir ediblər. İcra başçısı yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan gəncləri, onların valideynlərini və müəllimlərini səmimi-qəlbdən təbrik edib, məzunlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

Qeyd olunub ki, təhsil hər bir dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirən mühüm sahələrdən biridir. Azərbaycanda bu sahənin inkişafına göstərilən dövlət qayğısı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması gənclərin bilikli, savadlı və vətənpərvər şəxslər kimi formalaşmasına geniş imkanlar açır. Yüksək nəticələr Sumqayıtın təhsil ənənələrinin və şəhərin intellektual potensialının növbəti göstəricisidir.

Görüşün sonunda ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlara qiymətli hədiyyələr, səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisinə isə fəxri fərmanlar təqdim olunub.

Ənənəvi sentyabr konfransında qeyd edilib ki, şagirdlərin beynəlxalq və respublika səviyyəli müsabiqə və olimpiadalarda qazandıqları uğurlar, eləcə də akademik nəticələrdə müşahidə olunan müsbət dinamika fərəh doğurur. İcra başçısının 1-ci müavini Teymur Səmədov bildirib ki, onun özü də vaxtilə təhsil sahəsində çalışdığı üçün qazanılan hər bir uğurun hansı zəhmətlər bahasına başa gəldiyini yaxşı bilir və davamlı olmasını arzulayır.

Sumqayıt şəhər 35 nömrəli tam orta məktəb ən yüksək nəticələri olan təhsil ocaqlarındandır. Bu il məktəbin 22 məzunu 600-dən, 8 məzunu isə 650-dən yuxarı bal toplayıb. İki sinfin məzunları qəbulda 100 faiz nəticəyə nail olublar. Şagirdlərdən ikisi xüsusi uğurlarına görə qızıl nişan alıb. Abituriyentlər arasında ATU-ya, ADA Universitetinə, Bakı Ali Neft Məktəbinə daxil olanlar çoxdur.

Qabaqcıl təhsil ocaqlarından biri də N.Tusi adına 12 nömrəli məktəbdir. Bu məktəbin riyaziyyat-iqtisadiyyat təmayüllü sinfinin bütün məzunları tələbə adını qazanıblar. Digər sinfin 30 məzununun 26-sı məktəbi qızıl nişanla bitirərək ali məktəblərə qəbul edilib.

Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu olan əkiz bacı-qardaş İnci və Həmid Mursaquliyevlər yüksək balla eyni ali məktəbə – Tibb Universitetinin tibb fakültəsinə qəbul olunublar. Bu, həm ailə, həm də gimnaziya kollektivi üçün qürurverici uğurdur. Həmid jurnalistlərlə söhbət zamanı dedi:

– Bacım blok imtahanından 400, mən isə 390 bal toplamışam. Ümumi nəticələrimiz 690,2 və 667 baldır. İnci qəbul imtahanlarına daha ciddi hazırlaşırdı, üstəlik, məni də məcbur edirdi ki, gecə-gündüz oxuyum. Nəticə sevindirici oldu. Yəqin ki, universitetdə də eyni qrupa düşəcəyik.

Onu da deyək ki, məzunlar arasında doğma şəhərdəki ali təhsil ocağına – Sumqayıt Dövlət Universitetinə (SDU) daxil olanlar da az deyil. Ümumiyyətlə, son 5 ilin rəqəmləri SDU-ya marağın artdığını göstərir. Bu il universitetə 2090 tələbə qəbul olunub. 2021–2022-ci tədris ilində bu göstərici 1217 nəfər idi. Başqa sözlə, 71,7 faiz artım əldə edilib. Bu isə təhsil müəssisəsinə olan tələbatın, marağın və etimadın göstəricisidir.

SDU-nun tələbəsi adını qazananlardan biri də Yağmur Əlizadədir. O dedi:

– Doğma şəhərimizdəki perspektivli universitetin tələbəsi olmaq həm şərəfdir, həm də rahatlıq baxımından əlverişlidir. Öyrəndiyimə görə, burada tədrisin keyfiyyəti, professor-müəllim heyətinin səviyyəsi çox yüksəkdir. İnfrastruktur və tələbə xidmətləri paralel inkişaf edib, ixtisasların əmək bazarına uyğunluğu ciddi nəzərə alınır. Ona görə də SDU-nu seçdim.

Tələbə adını qazanan bütün gəncləri təbrik edirik!

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri