Icma.az
close
up
RU
Sumqаyıt Bulvarında ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub

Sumqаyıt Bulvarında ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqаyıt şəhəri, Dənizkənarı Bulvar ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub.

İdarənin rəisi Asif Məcidov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı 30 zeytun ağacının və 12 lüqustr kolunun vətəndaş Vüsalə Hüseynliyə icarəyə verilmiş torpaq sahəsində kəsildiyi və təbiətə 20 min 160 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

İdarə rəisinin sözlərinə görə, kəsilmiş ağacların əvəzinə 42 sərv ağacı əkilib. Yeni əkilən ağaclar qeydiyyata alınaraq identifikasiya etiketi vurulub. Eyni zamanda, onlara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Sumqayıt Bulvar İdarəsinə müraciət olunub.

“Vətəndaşlardan yaşıllıqlara qayğı ilə yanaşmaları, onların mühafizəsinə həssas münasibət göstərmələri və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələri xahiş olunur”, - deyə A.Məcidov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri