Sumqayıt dan mövsümdə ilk, tarixdə 10 cu dəfə böyükhesablı qələbə
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Sumqayıt" Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, bu, XXVI turun "Kəpəz"lə ev oyununa təsadüf edib.
Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.
Bu, klub tarixində Premyer Liqadakı yubiley - 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.
"Sumqayıt" sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. "Gənclik şəhəri" təmsilçisi səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

“Sumqayıt”dan tarixdə 10 cu, mövsümdə 1 ci
11 Mart 2025 10:23
“Sumqayıt”dan böyükhesablı qələbə
15 Yanvar 2025 22:19
“Sumqayıt” böyükhesablı qələbə QAZANDI
22 Noyabr 2024 12:20
“Sumqayıt”dan 10 cu sülh
07 Fevral 2025 10:21
“Sumqayıt” Premyer Liqada 10 cu dəfə böyükhesablı qalibiyyət əldə etdi
11 Mart 2025 11:57
