Sumqayıt ın məşqçisi Baku Sportinq də!
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Birinci Liqa klubu "Baku Sportinq"in yeni məşqçilər korpusu müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Elman Sultanovla yollarını ayırsa da, onun adı baş məşqçi kimi qalmaqda davam edəcək.
Rəhbərlik bununıa Sultanova jest edib. Belə ki, Pro kursunu almağa çalışan və hazırda 3-cü modulda iştirak edən məşqçinin peşəkar klubda çalışması tələbdir.
Əslində isə "Baku Sportinq"i Röyal Nəcəfov çalışdıracaq. Sultanovun əsas köməkçisi olan sabiq bombardirə etimad göstərilib. Artıq onun məşqçilər korpusu da formalaşdırılıb. Nəcəfova iki yeni köməkçi təyin olunub. Onlardan biri "Sumqayıt"ın qapıçılar üzrə məşqçisi Seymur Bəydəmirovdur. Komandanın analitiki isə "İmişli"də sabiq baş məşqçi Fərid Novruzovun köməkçisi olmuş Fərid Əliyev olacaq.
Qeyd edək ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 11-də start götürəcək. "Baku Sportinq" ilk turda "Difai"ni sınağa çəkəcək.
Mirağa
Baxış sayı:97
Bu xəbər 28 Avqust 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















