Icma.az
close
up
RU
Sumqayıt ın məşqçisi: Problemimizi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik

Sumqayıt ın məşqçisi: Problemimizi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərlə bağlı problemimiz oldu. "Turan Tovuz" da bundan istifadə edə bildi. Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha 2 qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, gedişatı dəyişə bilmədik. Bu cür oyunlarda çox sadə qollar buraxdığımıza görə peşmanıq. Hətta birinci hissədə pis oynasaq da, Aleksander Ramalinqomun şansı var idi, o da dirəkdən döndü. Belə komandalarla oyunda gərək hər iki hissədə yaxşı oynayasan ki, nəticə qazanasan. Rəqibi təbrik edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Qışa qədər müdafiə və qapı xəttində problemlər olduğu görünürdü. İndi də bunlar aşkar görünür...

- Biz artıq mərkəz müdafiəçisi gətirmişik. Problemimizi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik. Qış fasiləsində çarə tapmaq asan deyil. Bilmirəm necə, amma bu işdə davam etməli və qat-qat daha yaxşı oyun göstərməliyik.

- Birinci hissədən sonra Saşa İliç hansı göstərişləri verdi?

- Birinci hissəni nəyə görə bu cür zəif oynadığımızı anlaya bilmirik. Bizim hazırladığımız oyun ikinci hissədə gördüyünüz oyun olmalı idi. Sadəcə "Turan Tovuz"un hər dəfə standart vəziyyətlərdən yaratdıqlarına reaksiya verə bilmədik. Təcrübəli oyunçularımız var. Amma bu duruma nəyə görə düşdüyümüzü bilmirəm. Qış fasiləsindən sonra adaptasiya üçün vaxt lazım gələ bilər. Sadəcə autlardan qapımızda problem yaşayırdıq.

- Aleksa Yankoviç sonradan oyuna daxil oldu və matça yaxşı qoşuldu. Start heyətində meydana buraxmadığınıza görə peşmansınız?

- Əslində, o, bizim üçün vacib oyunçudur. Sadəcə 7 gün idi, məşq etmirdi. Səbuhi Abdullazadənin də sağlıq durumu yaxşı deyil. Bir də, Rüstəmin də yoxluğunu qeyd etmək lazımdır. “Turan Tovuz”a qarşı itkilərlə çıxmaq problem yaradır. Onlar ikili mübarizədə çox güclüdürlər.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Yanvar 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri