Icma.az
close
up
RU
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 14 milyard manatdan çox məhsul satıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 14 milyard manatdan çox məhsul satıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 avqust, AZƏRTAC

2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə təxminən 14,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 5,2 milyard manata yaxın hissəsi ixracın payına düşür.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci yarısında sənaye parkında 1,1 milyard manatdan çox məhsul satışı olub. Bunun 545 milyon manata yaxın hissəsi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20 faizə yaxın artıb.

Sənaye parkında investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan da artıq 28-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülən işlərə indiyədək 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6300-dən artıq daimi iş yeri yaradılıb.

Qeyd edək ki, son dövrlərdə kimya sənayesi məhsullarının istehsalında mühüm artım müşahidə olunur. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın kimya sənayesində istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 955 milyon manatı ötüb. Bu artımda Sumqayıt Kimya Sənaye Parkının xüsusi çəkisi var.

Parkda istehsal edilən tikinti kimyəvilərinin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində də əhəmiyyətli uğurlar əldə edilib. Bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə ixrac olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri