“Sumqayıt” Mehdi Hüseynzadə adına stadiona nə vaxt qayıdacaq? KLUBDAN ə AÇIQLAMA
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sumqayıt” futbol klubunun Mehdi Hüseynzadə adına şəhər stadionuna nə vaxt qayıdacağı məlum olub.
Klubun mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə açıqlamasında komandanın doğma stadionuna dönüşü və arenanın qazonunun son vəziyyəti barədə danışıb.
O bildirib ki, stadion artıq hazır vəziyyətdədir. Lakin klub qazonu riskə atmamaq üçün növbəti ev oyununu da “SOCAR Polymer Arena”da keçirməyi məqsədəuyğun sayıb:
“Əslində, stadion artıq hazır idi, sadəcə risk etmək istəmədik. Qazonu riskə atmamaq üçün növbəti oyunu da burada keçirməyi məqsədəuyğun bildik. Qarşıda “Kəpəz”lə səfər matçımız və ardından təxminən 20 günlük milli fasilə var. Oktyabrın 10-da “Qəbələ” ilə keçiriləcək görüşə qədər qazon tam bərkiyəcək və komandamız həmin matçdan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynayacaq”.
Qeyd edək ki, bu gün “SOCAR Polymer Arena”da keçiriləcək “Sumqayıt” - “Şamaxı” oyunu saat 19:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Sentyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















