Sumqayıt Nəqliyyata yeni direktor təyin edildi
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bu, Hüseyn Rəhimovdur.
O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.
Baxış sayı:98
Mənbə:https://avtosfer.az