Sumqayıt Nəqliyyata yeni direktor təyin edilib
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" MMC-yə yeni direktor təyin edilib.
“Report”un əldə etdiyi məlumata görə, bu, Hüseyn Rəhimovdur.
O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.

