Icma.az
close
up
RU
Sumqayıt qol orucunda: Vaqif Cavadov nə etməlidir?

Sumqayıt qol orucunda: Vaqif Cavadov nə etməlidir?

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən ilin oktyabr ayından müvəqqəti çalışdırıcı olan Vaqif Cavadov yanvardan etibarən "Sumqayıt"a baş məşqçi təyin edilib. "Gənclik şəhəri" təmsilçisi hazırda çətin günlər yaşayır. 

Vaqif Cavadovun uğursuz debütü

Cavadovun komandasının bu günə qədərki nəticələri heç də ürəkaçan deyil. Hücum xəttindəki bərbad performans, oyun quruculuğundakı xaos və taktiki qeyri-sabitlik klubun son matçlardakı əsas problemləridir.

"Gənclik şəhəri" təmsilçisi son 7 oyunda nəinki qalib gələ bilmir, hətta qol da vura bilmir. Uzun müddətdir qol vurulmaması hücumçuların zəif çıxışı və baş məşqçinin taktiki planlarının effekt verməməsi ilə əlaqələndirilir.

Azarkeşlər və futbol ekspertləri nə düşünür?

Komandanın bu qədər uzun müddət qol vura bilməməsi yerli futbol ictimaiyyətində tənqidlərə səbəb olub. Azarkeşlər sosial mediada Vaqif Cavadovun məşqçi kimi hələ yetərincə təcrübəyə malik olmadığını və bu post üçün doğru seçim olmadığını iddia edirlər.

Bəzi futbol mütəxəssisləri isə Cavadovun gənc məşqçi olduğunu nəzərə alaraq ona vaxt verilməsinin vacibliyini vurğulayırlar. Lakin statistik göstəricilər hər şeyi açıq şəkildə ifadə edir: 7 oyundur qol yoxdursa, deməli, ciddi problem var!

Cavadovun təzadlı açıqlamaları

Onu da qeyd edim ki, Cavadov "Sumqayıt"a gəldikdən sonra mətbuat konfranslarından birində oyunlarda nəticə əldə etməyin daha vacib olduğunu vurğulamışdı:

"Əgər nəticəyə oynamasam, gözəl futbol oynamağa çalışsam, 2 həftədən sonra deyəcəksiz ki, Vaqif Cavadov istefa verməlidir” (bax). 

Amma ötən gün Misli Premyer Liqasının XII turunun "Şamaxı" - "Sumqayıt" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi mətbuat konfransında uzun müddətdir qol vura bilmədiklərini, lakin komandanın çox yaxşı oyun nümayiş etdirdiyini bildirmişdi (oxu). 

Bəs, nə oldu, Cavadov? Hardadır nəticəyə oynayan komanda? Nəticəyə oynayan komanda 7 turdur qol vura bilmir?

Abasovun komandası barədə iddialı danışmaq çox asan idi yəqin ki..

Vaqif Cavadov istefa verəcək?

Vaqif Cavadov və komandası üçün növbəti oyunlar həlledici olacaq. Əgər "Sumqayıt" qolsuz seriyanı davam etdirsə, bu, həm Cavadovun məşqçilik karyerasına ciddi zərbə vuracaq, həm də komandanın turnir cədvəlində daha da geriləməsinə səbəb olacaq.

Sumqayıtlılar turnir cədvəlində aşağı pilləyə düşərsə, baş məşqçinin komandada qalması gözlənilməz addım olar. Daha əvvəl mətbuata açıqlamasında Cavadov özü də bu barədə danışmışdı:

“İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram”. 

“Sumqayıt"ın növbəti oyunda bu uğursuz seriyaya son qoyub-qoymayacağını maraqla gözləyəcəm. Lakin mövcud vəziyyət onu göstərir ki, əgər təcili addımlar atılmasa, klub mövsümün ən uğursuz komandalarından birinə çevriləcək.

Nərmin Vüqarqızı

Millimiz İnkişaf Kubokunda iştirak edəcək "Turan Tovuz" hakim idarəetməsindən narazıdır - VİDEO "Qarabağ"dan "Ferentsvaroş"a - NÖVBƏTİ TRANSFER "Adana Demirspor"un prezidenti istefa verdi Dünya reytinqi: "Qarabağ" gerilədi, "Zirə"nin mövqeyi dəyişmədi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri