Icma.az
close
up
RU
Sumqayıt Şamaxı oyununa müəmmalı təyinat

Sumqayıt Şamaxı oyununa müəmmalı təyinat

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Premyer Liqanın 22-ci turunun mərkəzi oyununda - "Qarabağ" – "Sabah" qarşılaşmasında yaşananların müzakirəsi iki həftədir davam edir. Sanki "gözəgörünməz əl" məqsədli şəkildə başverənlərin gündəmdən düşməsini istəmir. "Qarabağ" və "Sabah"ı bir-birinə az qala düşmən edən, AFFA-nı futbol ictimaiyyəti ilə üz-üzə qoyan, tənqid və təzyiqlərlə üzləşməsinə səbəb olan şəxs "xəmirə su qatmaq"da davam edir...

Əslində, idman prinsipləri baxımından yaşanan insidenti normal qəbul etmək mümkündü. Mərkəzi oyunlarda, prinsipial komandaların qarşılaşmalarında bu kimi dava-dalaş olur. Sadəcə, insident əndazəni aşanda İntizam Komitəsi AFFA nümayəndəsinin raportu əsasında cəza mexanizmini işə salır, günahkar(lar)la bağlı ölçü götürülür. Ancaq "Qarabağ" – "Sabah" oyunundan sonrakı iclasda nə bakılıların məşqçisi Valerio Zuddas, nə də hadisənin digər iştirakçıları cəzalanmadı. Xüsusilə qeyri-etik jest edən Zuddasın diskvalifikasiya olunmaması ictimaiyyətin narazılığına səbəb oldu. Onsuz da "Qarabağ" - "Sabah" mübarizəsində ikinciləri üstə çəkməyə çalışdığı barədə iradlarla üz-üzə olan AFFA-nın açıqlaması "odun üstünə benzin tökdü". Məlum oldu ki, sözügedən matçda nümayəndə olan Emin Cəfərov insident barədə raporta heç nə qeyd etməyib. Belədə İntizam Komitəsi o boyda həngamə barədə ölçü götürmək üçün "sübut" tapa bilməyib. 
İctimaiyyətin təzyiqlərindən sonra araşdırma aparan qurum növbəti iclasında sərt cəzaları açıqladı. Rəqibin ehtiyat skamyasına qeyri-etik jest edən "Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalandı. Onun davranışına görə "Sabah" 15 min manat cərimələndi. 
"Qarabağ"da isə Qurban Qurbanovun iki köməkçisi - Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiklərinə görə hər biri 6 oyunluq diskvalifikasiya edilidlər. "Qarabağ" onların hər birinə görə 6 min (cəmi 12 min) cərimə ödəyəcək...   

Məsələni bağlanmış hesab etmək olardı. Di gəl, atılan növbəti addım, verilən qərar ehtirasları yenidən oyatmağa əsas verir. Təsəvvür edin, "Qarabağ" - "Sabah" oyununun nümayəndəsi Emin Cəfərov Premyer Liqaya növbəti təyinatını alıb. O, bu gün baş tutacaq "Sumqayıt" - "Şamaxı" oyununda eyni funksiyanı yerinə yetirəcək. Halbuki, elə Zuddas qədər günahkar olan (bu, sübuta yetirildi) Cəfərov bir neçə turluq uzaqlaşdırılmağı haqq edirdi. Raportunu "ağ saxlayan", əlbəyaxa dava həddinə çatan insidentlə bağlı bir kəlmə qeyd etməyən bu şəxs "Qarabağ"ın, "Sabah"ın, AFFA-nın imicinə zərbə vurduqdan sonra yenidən təyinat alırsa, haqlı sual yaranır: O, niyə cəzalanmır? Ümimiyyətlə, təyinatı kim yazır? AFFA ilə futbol ictimaiyyətinin üz-üzə qoyulması kimə sərf edir? 

Bu yerdə "Kərəmi ağlamaq tutur". AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri olan Emin Cəfərov toxunulmaz statusunu əbəs yerə almır. O, sabiq baş katib, hazırda FİFA-da səlahiyyət sahiblərindən olan Elxan Məmmədovun dövründə AFFA-da yüksək post tutmuş şəxsin qohumudur. Yəni göründüyü kimi, Məmmədov heç cür Azərbaycan futbolunun "iplərini əlindən buraxmaq istəmir". Baş verən son olay da məhz Məmmədovun "dəyirmanına su tökür". 
İşin ən maraqlı cəhəti bilirsiz, nədir? Emin Cəfərov 13-cü turda baş tutan "Şamaxı" - "Sumqayıt" oyununa da AFFA səlahiyyətlisi kimi təyinat alıb. (Təsadüfə bax ki, yenə eyni komandaların duelinə təyinat verilir!(?) Hansı ki, o, baş məşqçilər Saşa İliç və Ayxan Abbasov arasında insidentin şahidi olub. Amma indikindən fərqli olaraq, raportunda bütün təfsilatı qeyd edib. Nəticədə hər iki məşqçi sərt cəzalandırılmışdı. Bu dəfə "görməzdən gəlməsi"ndə məqsəd məhz "Sabah"ı "topun ağzına qoymaq", çempionatdakı mübarizə ilə bağlı şübhə toxumu səpmək deyil, bəs nədir? 
"Ya zəlzələdən, ya vəlvələdən", AFFA-nın yeni rəhbərliyinin qazanmağa çalışdığı imic korlanır və buna ilk növbədə assosiasiya özü müdaxilə etməli, "boyunduruq"dan xilas olmalıdır. Emin Cəfərova, ona cəza verməyə ürək etməyənlərə, yeni təyinat verənlərə qarşı ölçü götürülməlidir. 

Əli Sahib

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 Sentyabr 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri