Sumqayıt Teatrında Qaravəlli tamaşasının premyerası keçiriləcək
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin "Öyrədərək Öyrənirəm" layihəsi çərçivəsində görkəmli yazıçı Anarın "Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın iyul ayında premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, ritmika Ramazan Xanlarov ,
musiqilərin ifası - "Dərviş" qrupu, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir.
Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən və daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir.
Yeni tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov) , İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov) , Elay Xasiyev (Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov), Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova) , İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan Xanlarov və Etibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















