Sumqayıt və Lənkəran yaşayış komplekslərində güzəştli mənzil seçimi başa çatıb
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri olan Sumqayıt Yaşayış Kompleksinin 392 mənzili və Lənkəran Yaşayış Kompleksində 152 mənzilin, ümumilikdə 544 mənzilin satışına saat 11-də başlanılıb.
Bu sözləri agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov jurnalistlərə açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, mənzillər qısa müddət ərzində vətəndaşlar tərəfindən seçilib və əksəriyyətinin mənzil sifarişi ərizəsi təqdim olunub.
“Qeyd edim ki, agentliyin fəaliyyəti dövründə ümumilikdə 16 satış həyata keçirilib və güzəştli mənzil sistemində bu günədək uğurla qeydiyyatdan keçmiş, elektron kabinet əldə etmiş şəxslərin sayı 38 mindən çoxdur. Bu gün satışa çıxarılan Sumqayıt Yaşayış Kompleksində mənzillər 2 və 3 otaqlı, Lənkəran Yaşayış Kompleksində isə 3 və 4 otaqlıdır. Gözləmə qaydasında mənzil seçimi dekabrın 10-da saat 11-də olacaq və dekabrın 14-dək davam edəcək. Gözləmə qaydasında vətəndaş seçilmiş mənzili ardıcıl olaraq gözləmə qaydasında seçə bilər. Mənzil onu gözləmə qaydasında seçmiş birinci şəxsə, daha sonra isə ikinci şəxsə təqdim olunacaq”, – şöbə müdiri əlavə edib.
MİDA rəsmisi, həmçinin vurğulayıb ki, qurum tərəfindən üç layihənin icrası davam edir: “Bunlar Binəqədi, Şirvan və Yevlax Yaşayış kompleksləridir. Bu layihələrdə ümumilikdə 3 minə yaxın mənzilin inşa olunacağı gözlənilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















